"Valideynlərə uşağı saxlamaq üçün uşaq pulu verilməlidir" - Hafiz Hacıyev


Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycana səfər edib.

valideynlere-usagi-saxlamaq-ucun-usaq-pulu-verilmelidir
15.06.2023 21:19 1 dəq oxuma

Ərdoğanın Azərbaycana səfəri bir çox mühüm məqamlarla yadda qalıb. Türkiyə Prezidenti Azərbaycanda hər ailədə 5 uşaq olmasını arzu edib:

"Mən Türkiyədə əhalinin artımı üçün bir ailədə 3 uşaq deyirəm. Azərbaycanda əhalinin artımı üçün isə hər ailədə 5 uşaq deyirəm. Bunu başardıqda, Azərbaycan daha güclü olacaq. Əhali ölkənin gələcəklə bağlı paradiqmasını dəyişdirir”. 

Azxeber.com Rəcəb Tayyib Ərdoğanın bu fikrinə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin münasibətini öyrənib: 

O bildirib ki, bu təklifi müsbət qiymətləndirir:

"Sayın Ərdoğanın belə açıqlama verməsi türk dövlətləri, müsəlman ölkələri üçün önəmli hadisədir. Əhalinin sayı nə qədər çox olsa yaxşı olar. Ancaq ölkədə uşaq pulu problemi var. Bəzi deputatlar bunun əksinə danışır. İnanırıq ki, Ərdoğanın tövsiyyələri hörmətli prezidentimiz tərəfindən nəzərə alınacaq. Xalqımız bunu fikri yüksək qiymətləndirəcək. Gələcək nəsillərin artması inkişafa səbəb olur. Dünyada əhalinin sayında azalma gedir. Bizim kimi dövlətlərdə də bu məsələ aşağı səviyyədədir. Bu da kasıbçılıqdan irəli gəlir".

Hafiz Hacıyev qeyd edib ki, insanlar bir-iki uşağı saxlamaqda çətinlik çəkirlər:

"Bu sahədə böyük qayğı lazımdır. Düşünürəm ki, bu Azərbaycan xalqı üçün əhəmiyyətli fikirdir. Ancaq valideynlərə uşağı saxlamaqdan ötəri uşaq pulu verilməlidir.  Sabah onlar əsgər, alim, jurnalist, mühəndis olacaqlar. Say tərkibini, xalqın yaxşı yaşamasını hər kəs düşünməlidir”,- deyə Hafiz Hacıyev söyləyib.