Varlılar uşaqlara daha çox hansı adları qoyur?


Elit uşaq geyimləri mağazası “HushHush” uşağa uğur gətirə biləcək adların siyahısını tərtib edib.

varlilar-usaqlara-daha-cox-hansi-adlari-qoyur
27.09.2019 23:10 1 dəq oxuma

Siyahıya milyarderlər arasında ən çox rast gəlinən 10 qadın və 10 kişi adı daxildir. Siyahı tərtib etmək üçün onlar mağazada qeydiyyatda olan müştərilərin adlarını və İngiltərənin “Sunday Times” qəzetinin hazırladığı min ən varlı insan haqqında məqalədən istifadə ediblər.

Belə ki, uğur gətirəcək ən məşhur oğlanların adları John, David, Tom, Wong, Bill, Charles, Michael, Robert, Mohammed and Jim hesab olunur.
Milyarder qadınlar arasında isə Məryəm, Judit, Sofiya, Anna, Viktoriya, Elizabet, Abigail, Kim, Mackenzie və Kirsten adlarına çox rast gəlinir.

Mağazanın qurucusu Aaron Harpin siyahının gələcək valideynlərə uşaqları üçün “ideal” ad seçiminə və həyatda uğur şansını artırmağa kömək edəcəyinə ümid etdiyini bildirib. (oxu.az)