Vətən müharibəsi qəhrəmanlarının mənzilləri, əşyaları tarixi abidə hesab ediləcək


Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

veten-muharibesi-qehremanlarinin-menzilleri-esyalari-tarixi-abide-hesab-edilecek
21.05.2021 22:11 1 dəq oxuma

Dəyişikliklə Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar da tarixi abidə hesab olunacaq.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.