Düzgün istifadə edilmədikdə maskalar bizi qorumaya bilər.
Koronavirusdan qorunmaq üçün tibbi maskalardan ümumi istifadə qaydalarına əməl edilməlidir.
Maskalar bu qayda ilə istifadə edilməlidir:
-Maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı
boşluqları minimuma endirmək şərti ilə taxılmalıdır.
-İstifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə toxunmaq olmaz.
-Maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir (maskanın ön hissəsinə toxunmaq olmaz, arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır).
-Maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli və ya sabun və su ilə təmiz
yuyulmalıdır.
-Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir.
-Birdəfəlik maskalardan təkrar istifadə edilməməlidir.
-Respirator axıntının qarşısını almaq üçün yoluxmuş şəxs mütəmadi olaraq
maskalardan istifadə etməlidir.
-Tibbi maskalara qarşı həssaslığı olan şəxslər tənəffüs gigiyenasına xüsusi diqqət etməlidirlər; öskürmə və asqırma zamanı ağız və burun nahiyəsi birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kağız salfetlərlə silinməlidir. İstifadədən sonra material mütləq xüsusi qapalı tullantı qutularına atılmalıdır. Tənəffüs ifrazatı ilə təmasdan dərhal sonra əllər təmizlənməlidir.
-Pəncərə və qapılar müntəzəm olaraq açılmalı və məkanın havası dəyişilməlidir.
-Birdəfəlik maskaların istifadəsindən sonra onların zərərsizləşdirilməsi və
kənarlaşdırılması vacibdir.
TurpKimi.com