"Virusun ətrafında milyardlar yoxe, trillionlar fırlanır, ay kişi" - Azər Qəribov


Trillionlar fırlanır bu sahədə, ay kişi, milyardlar yox e, trillionlar!

virusun-etrafinda-milyardlar-yoxe-trillionlar-firlanir-ay-kisi
02.12.2021 01:06 2 dəq oxuma

"Bunlar konkret olaraq bəşəriyəti barmağlarına dolayıblar. İndi də ormikrondur, nə zibildir, o gəlir. Niyə məhz omikron? Sadəcə göstərmək istəyirlər ki, züy çalan bizik, hansı havanı çalsaq, onu da oynayacaqsınız".

TurpKimi.com bildirir ki, bu fikirləri jurnalist, səyyah Azər Qəribov şəxsi feysbukunda paylaşıb. O, yeni yarandığı elan edilən ştamla bağlı milyardların deyil, məhz trillionların qazanıldığını, insanlara isə virusun təsirindən şok yaşadıldığını qeyd edib:

"Bəs delta necə oldu, soruşurlar sadəlövh insanlar. Cavab dahidir, bir diqqət yetirin, deyir delta özü-özünə məhv oldu.

Trillionlar fırlanır bu sahədə, ay kişi, milyardlar yox e, trillionlar!

Sadəcə Yunan əlifbasını qoyurlar qabağlarına və gözlərini yumub barmağlarını basırlar, hansı hərf çıxdı, o avazı çalacaqlar, biz də vahimədən gözlərimizi bərəldib şok keçirəcəyik.

"Niyə belə deyirsiniz, axı bizim tanışlar xəstələndi, rəhmətə gedən oldu" və s. Allah gedənlərə rəhmət eləsin, xəstələnlərə şəfa versin, mən də Marsdan düşməmişəm, mənim də ətrafımda var belə hallar.

Yorulduq təkrar etməkdən, söhbət ondan getmir ki, virus yoxdur, söhbət ondan gedir ki, bu boyda dünyanı alt-üst etməyə ehtiyac yox idi və yoxdur. Viç olmuşdu, toyuq qripi olmuşdu, nə bilim digər epidemiyalar olmuşdu, hansı birinə görə sərhədlər bağlanırdı, ölkələr qapanırdı və s.? Heç birinə görə, çünki nə qədər ki, bu planetdə həyat var, epidemiyalar da olacaq, pandemiyalar da. Amma bu o demək deyil ki, planet sakinlərini seçim qarşısında qoymaq lazımdır, acından və stressdən ölmək, yoxsa xəstəlikdən.?!

Dünyada yollarda qəzalar nəticəsində daha çox adam ölür, amma avtomobillərə qadağa qoyan yoxdur. Siqaretdən ölənlər daha çoxdur, amma tütünə qadağa yoxdur, spirtli içkilər və s. və i.

Amma tac xəstəliyinin bir müsbət cəhəti oldu  - bütün digər xəstəliklər yox oldu. Hal-hazırda nə ürək-damar xəstəliyi var, nə mədə-bağırsaq xəstəliyi, nə xərçəng, hətta "qemorroy" belə yox oldu, hamısını korona əvəzlədi.

Yoxdur bunun sonu, o domba göz eynəkli krasavçik var e, üst-müst rəhbəri, onun bandası və bu bandanın farmakoloji krışası özlərindən başqa hamını bankrot etməyənə qədər bəşəriyyətdən əl çəkən deyillər. Ya bankrot edəcəklər hamını, ya da hamının ürəyi partlayacaq bu suni fəlakətdən.

"Demək asandır, bəs siz nə təklif edirsiniz?”

Heş zad, nə təklif edə bilərəm, yalnız onu ki, ayağımızı uzadıb könüllü yollanaq səmalara. Çünki vırnıxmağın, mübarizə aparmağın, etiraz etməyin mənası yoxdur, bunlar Yunan əlifbasını ağlar qoymayana qədər əl çəkən deyillər bizdən. Sonra da keçəcəklər Efiop əlifbasına və bu prosesin sonu olamaycaq.

Tak şto, salamatı odur ki, hamımız mehribancasına qayıdaq ibtidai dövrlərə..."

Firuzə Alimova / TurpKimi.com