Artıq virusa yoluxanların sayı 9 mini keçib.
Çində koronavirusun yayıldığı Vuhan və ətraf şəhərlərdəki vəziyyətlə bağlı dəhşətli iddia ortaya atılıb.
TurpKimi.com bildirir ki, təhlükəsizlik əməkdaşları virusa yoluxan insanların evdən çıxmasına imkan vermir. Onlar məcburi olaraq evlərində saxlanılır. İddialara görə, evlərin qapıları onların üzərinə bağlanılıb.
Sosial mediada yayılan görüntülərdə insanların olduğu evin qapısının çöldən möhürləndiyi əks olunub. Möhürün üzərində isə “Təmas etməyin” sözləri yazılıb.
Qeyd edək ki, 15-dən çox ölkəyə yayılan koronavirus nəticəsində Çində 213 nəfər həyatını itirib. Çində yeni koronavirusa yoluxanların sayı isə 9356 nəfər təşkil edib.