Bədən və ruh sağlamlığının qorunması üçün vitaminlərin düzgün şəkildə və müvafiq dozalarda qəbul edilməsı çox əhəmiyyətlidir.
Orqanizmin vitaminləri az miqdarda qəbul etməsi fərqli əlamətlərlə özünü göstərə bilər. Ancaq vitaminlərin qəbulu həkim məsləhəti ilə həyata keçirilməlidir.
TurpKimi.com vitamin çatışmazlığının 10 əlamətini təqdim edir:
Görmə problemləri: Görmədə müəyyən problemlərin yaranması orqanizmdə A vitamini çatışmazlığından meydana gəlir. A vitamini normal və gecəgörmədə mühüm rol oynayır. A vitamini çatışmazlığında gözdə kseroftalmi, yəni göz ağının və kormeanın parlaqlığını itirərək quruması və gecə korluğu kimi problemlər yarana bilər.
Uzun müddətli yorğunluq: Orqanizmdə uzun müddətli yorğunluq, zehin bulanıqlığı və fiziki koordinasiya pozğunluğunun hiss edilməsi B1 vitamini çatışmazlığına işarədir. B1 vitamini xüsusilə, beynin enerji istehsalı üçün lazımdır.
Dil və dəridə çatlaqlar: Bəzi dəri xəstəlikləri və sinir sistemi pozğunluqları B6 vitamini çatışmazlığından qaynaqlanır. Əsasən də dodaq və dil çatlaması və ya ekzema kimi əlamətlər bədəndə B6 vitamini çatışmazlığına işarədir. B6 vitaminin çatışmazlığında hüceyrə yenilənməsi yavaşıyır və ekzema, iltihablanma kimi dəri problemləri ortaya çıxır.
Anemiya: Anemiya bəzən vitamin çatışmazlığından qaynaqlanır. Fol turşusu B vitamini ailəsinin bir üzvüdür. Folat, ya da B9 vitamini kimi tanınır. B9 vitaminin çatışmazlığı orqanizmdə anemiyanın yaranmasına yol açır. DNT sintezi və hüceyrə parçalanması proseslərində mühüm yeri olan vitamin növüdür.
Zehni yorğunluq: Uzun müddətli davam edən zehni yorğunluq B12 vitamini çatışmazlığına işarədir. B12 vitamin çatışmazlığı zehni performansa pis təsir edir. Zehni yorğunluq zamanla intellektual bacarıqların də ləngiməsinə səbəb olur. Əgər insanın uzun müddətli unutqanlıq, yaddaş itkisi, konsentrasiya qeyri-obyektivlik kimi problemləri varsa, mütləq B12 vitamininə baxdırmaq lazımdır.
Cilddə asanlıqla yaranan çürük və göyərmələr: Orqanizmdə asanlıqla qansızmaların əmələ gəlməsi və ya dəridə qırmızı-göy rəngdə nöqtələrin görülməsi C vitamini çatışmazlığına işarədir. Çünki C vitamini çatışmadıqda orqanizm kollagen istehsal edə bilmir.
Kollagen istehsal edilmədikdə orqanizmdə müxtəlif toxumalar zəifləyir və toxumaların yenidən yaranması prosesi dayanır.
Əzələ itkisi: Əzələlərdə yaranan zəiflik və gücsüzlük E vitamini çatışmazlığından qaynaqlanır. E vitamini çatışmazlığı əzələlərdə tədricən zəifləməyə yol açır. Əzələ kütləsi itkisi, əzələ zəifliyi və buna bağlı tarazlıq problemləri yaranır.
Sümük ağrıları: Orqanizmdə D vitamini çatışmazlığı özünü sümük ağrısı, sümük əriməsi kimi göstərir. Çatışmazlıq nəticəsində yaranan sümük ağrıları bütün bədən daxilində hiss edilir. Bu ağrıları zamanla halsızlıq də müşayiət edə bilər.
Həddindən artıq qansızmalar: Bu K vitamini çatışmazlığından qaynaqlanır. Reql qansızmalarının uzun sürməsi, səbəbsiz yerə diş əti və burun qansızmalarının yaranması, sidikdə və ya nəcisdə qan görülməsi K vitamini çatışmazlığını işarə edir.
Cansız dırnaq və saçlar: Saç və dırnaq bölgələrində baş verən problemlər, H vitamini, digər adı biotin, ya da B7 vitamini çatışmazlığını işarədir. Saçlarda kəpəklənmə, tökülmə, süstlük, qırılmalar; Dırnaqlarda tez sınma, yumşalma, ağ ləkələr və yavaş-yavaş uzanma kimi əlamətlərə diqqət yetirmək lazımdır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
26-04-2021