Zibil saydığımız meyvə qabıqları daha çox faydalıdır.
Adətən meyvə və tərəvəzlərin qabıqlarını zibilə atırıq. Ancaq onlar buna layiq deyillər. Çünki onlar ən azı meyvələri qədər vitaminli və faydalıdırlar. Hətta aralarında elələri var ki, qabıqlarında olan vitaminlər özündən daha çoxdur.
Portağal qabığı xolesterolu aşağı salmaqda ən böyük köməkçidir. Qanın dövretməsini artırır və ürək xəstəliklərinə qarşı dözümlülük yaratmaqla yanaşı, dəri xərçənginin qarşısını alır.
Prostat, mədə, süd vəzi və ağ ciyər kimi xərçəng növlərinə qarşı qoruyucu tərəvəz olan kök qabığı xolesterolu aşağı salır, gözdə kataraktanın yaranmasının qarşısını alır.
Çox faydalıdır, infarkt və iflic kimi yaşana biləcək sağlamlıq problemlərini azaldır. Qreyfrutun qabığından tam faydalana bilmək üçün bıçaq vurmadan istifadə edin.
Almanın sağlamlığa olan faydalarından yaxşı istifadə etmək üçün onu qabığı ilə birlikdə yeyin.
Flavonoidlə zəngin olan mandarin qabığı, adətən bir dərmandır. İmmun sistemini gücləndirmək, dərini cavanlaşdırmaq, sinirləri sakitləşdirmək, dəri xərçənginə və problemlərinə qarşı mübarizə aparmaqda müsbət təsirləri var.
Firuzə Alimova / TurpKimi.com
Dərc olunub: 02-04-2019