Apteklərimizdə satılan vitaminlərin əksəriyyəti təbii üsulla alınandır, amma...
"Azərbaycan ailəsi uşaqlarına vitamin alıb verməlidirmi və ya vitamin çatışmazlığını hansı meyvələr-tərəvəzlərdən ala bilər? Vitamin həblərini çox qəbul etdikdə nələr ola bilər? Hansı ziyanlarını görə bilərik?”, kimi suallara vitaminlər haqqında yazdığım məqalədən cavab tapacaqsınız".
TurpKimi.com bildirir ki, bunları fitoterapevt-həkim Fizulu Hüseynov paylaşdığı yazıda qeyd edib.
"Vitaminlərin insan bədəninə faydalılığı və artıqlığının zərərlərini hamımız bilməliyik, çünki vitaminlərin insan həyatında çox vacib bir faydası var. Amma artıqlığının da olduqca çox ziyanları vardır.
Əvvəlcədən onu nəzərinizə çatdırım ki, çalışın uşaqlarınız və özünüz vitaminləri təbii meyvə-tərəvəz və göyərtidən alasınız, meyvə-tərəvəzi nə qədər artıq yesəniz də vitamin çoxluğu (hipervitaminoz) xəstəliyinə tutulmazsınız. Amma çox vitamin həbləri qəbul etsəniz belə bir (hipervitaminoz) xəstəliyinə tutulmaqdan qaçmaq olmaz. Onu da nəzərə çatdırım ki, apteklərimizdə satılan vitaminlərin əksəriyyəti təbii üsulla alınandır. Məsələn, C vitamini itburnudan hazırlanır. Xatırladım ki, biz hər gün itburnu meyvəsi yesək C vitaminin çoxluğu (hipervitaminoz) əmələ gəlməz, amma itburnudan alınmış vitamin C həblərini qəbul etsək mütləq fəsadları ortaya çıxacaq. Çünki itburnudan alınmış vitamin C artıq Allahın yaratdığı vitamin mineral zəncirindən qırılmış bir vitamindir (yəni rafinə olunub, başqa vitaminlər və minerallar zəncirindən qırılıb). Ona görə də biz istəməsək də hüceyrələrimizin içinə girib öz işini görəcək. Amma meyvələri nə qədər çox yesək də lazım olan qədər vitamini bədənimiz mənimsəyəcək və həzm etməkdə çətinlik olmayacaqdır. Zaman-zaman vitaminlər haqqında geniş məlumatlar verəcəyəm inşAllah.
Yumurtada, kərə yağında, kürüdə, balıq yağında, pendirdə olur. Amma yerkökü, çuğundur, balqabaq, gülümbahar, zəyərək, küncüt yağı, göyərti (əsasən ispanaq), portağal, mandarin, limon, çaytikanı meyvəsi kimi sarı meyvələrdəki B karotin də bədənimizdə A vitaminə çevrilir. Faydaları: göz üçün faydalıdır (gözün piqment təbəqəsinin quruluşunda iştirak edir), dəri, sümük, toxuma sağlamlığı üçün önəmlidir, uşaqlar üçün boyu uzatmağa kömək edir. Bədəndə immun sisteminin qurulmasında önəmli təsir göstərir, antioksidant təsiri vardır.
A VİTAMİNİ ÇATIŞMAZLIĞI: göz görməsi zəifləyir (axşamçağı hamı görsə də, A vitamini çatışmamazlığında insanlar görə bilmir), dəri quruluğu, kəpəklənmə, saçların nazikləşməsi və tökülməsi, dalaqda balacalaşma, sümük ağrıları, immunitet zəifliyi olur. Xərçəngə tutulma riski artar.
A VİTAMİNİ ÇOXLUĞU: Dəri saralır (apelsin kimi çatlaq olur), beyində ödem əmələ gəlir, baş ağrıları, halsızlıq, ürəkbulanma, başgicəllənmə, dodaqların quruması tez çatlama, hamiləlik vaxtı çətinliklər olur.
Yazılıb: 05:08.2022
Firuzə Alimova / TurpKimi.com