Vücudunuzun xoş ətirli qoxu verməsinə səbəb olan qidalar


Havaların isinməsi ilə tər qoxusu da insanları ən narahat edən problemlərdən biridir.

vucudunuzun-xos-etirli-qoxu-vermesine-sebeb-olan-qidalar
06.04.2022 19:07 1 dəq oxuma

Çox hərəkətli həyat tərziniz varsa, təriniz pis qoxu verə bilir. Narahat olmayın. Bunun da çarəsi var. Bəzi qidaları istehlak edərək tər qoxusunun qarşısını ala bilərsiz. 

Turpkimi.com vücudunuzdan gələn pis tər qoxusunun qarşısını almaq üçün istehlak etməli olduğunuz qidaların siyahısını təqdim edir:

Sitrus bitkiləri

Həm təzə,  həm də canlı qoxuları ilə seçilən, antioksidant baxımından  zəngin olan sitrus bitkiləri eyni zamanda tər qoxusunun qarşısını alan bir nömrəli vasitədir.  Həftədə ən azı bir dəfə portağal, naringi yeməkdə fayda var.  

Jasmin çayı

Bitki çaylarının sağlamlığa müsbət təsirləri haqda çox eşitmişik.  Jasmin çayı zərərli maddələri bədəndən xaric etməkdə və bədənə xoş bir qoxu yaymaqda möhtəşəm təsiri olan içkidir.  

Rozmarin (bibəriyə)


Bibəriyə dəri problemlərinə yaxşı təsir etməklə yanaşı,  pis qoxuları bədəndən xaric etmək xüsusiyyətinə malikdir. Dərinizdə yağlanma problemi və tər qoxusu varsa bibəriyə sizə yaxşı təsir edəcək.

Limonlu su

Gün ərzində bol miqdarda su içmək artıq qızıl qaydadır.

Əgər su içmək ağlınıza gəlmirsə, ya da sevmirsinizsə,  bunu rəngli bir hala gətirin. Limonlu su bədəninizin həm təzələnməsinə,  həm də təmizlənməsinə fayda verəcək. Ən sadə  və təsirli bir həll variantıdır.

Qatıq

Xüsusilə, çox ağır yeməklər yediyiniz zaman mütləq qatıq istehlak etməlisiniz. Qatıq bədəni toksinlərdən təmizləyərək,  daha az tər iyi vermənizə səbəb olur.

Vüsalə Əlövsətqızı, Turpkimi.com