Ən çox uşaqlı evlərdə xalçaya çay tökülür. Çay ləkəsi çətinliklə təmizlənir.
Xüsusilə açıq rəngli xalçanız varsa, tezliklə çay ləkəsindən canınızı qurtarmaq istəyəcəksiz.
TurpKimi.com çay ləkəsi kimi çətin təmizlənən ləkələrdən xilas olmağın yollarından yazır:
Xalçaya çay töküldüyündə sürətlə hərəkət etməlisiz. İlk mərhələdə ovmaq, sürtmək kimi əməliyyatlardan qaçınılmalıdır. Əgər açıq rəngli xalçanız varsa, xalçaya uyğun bez seçin. Açıq rəngli xalçalarda rəngli bezdən istifadə edildiyində bezin rəngi xalçaya keçə bilər. Ağ, krem kimi açıq rəngli xalçalarda ağ, tüklü və rəng buraxmayan keyfiyyətli bezlərdən istifadə edin.
Xalçanıza çay töküldüyündə dərhal ağ bez və ya ağ dəsmal kağız ilə tampon edərək mayenin çoxunu xalçadan çəkin. Bu əməliyyatı kağız dəsmal və ya bez nə qədər çəkə bilirsə, o qədər davam etdirməlisiniz. Ağ bir bez parçasını su ilə islatdıqdan sonra yuyucu tozu vedrədə köpürdüb ağ bez ilə tampon edərək çay ləkəsinin üzərinə tətbiq edin. Çay ləkəsinin üzərində yuyucu tozunu bir müddət saxladıqdan sonra təmiz su ilə durulayın.
Sirkə çay ləkəsini təmizləməyin bir başqa üsuludur. Lakin sirkə xalçanızda ləkə yarada bilər, ona görə də miqdarını yaxşı nizamlamalısız. Sirkə ilə çay ləkəsi təmizləyərkən, bir su stəkanına çox az miqdarda sirkə əlavə edib qalanını su ilə doldurun. Hazırladığınız bu su - sirkə qarışığıyla təmiz bir bezi isladıb xalçaya tampon edin. Xalçanı sərt basmadan astaca ovxalayın.
Vüsalələ Əlövsətqızı, TurpKimi.com