Xanımlar diqqət! - Bu makiyaj vasitələrini kimsəyə verməyin


Gözlərinizdə qızartı, üz dərinizdə problem var?

xanimlar-diqqet
23.04.2019 01:52 2 dəq oxuma

Çox vaxt zərərsiz görünən gözəllik vasitələrini yoldaşlarınız və ya yaxınlarınızla paylaşdıqda sağlamlığınızı təhlükə altına ata bilərsiniz. Bu zaman üz dərinizdə problemlər yarana və infeksiyaya yol açılar. Bəs təhlükəlı olan gözəllik vasitələri hansılardır?

TurpKimi.com heç kimə verməməli olduğunuz gözəllik vasitələrini təqdim edir:

TUŞ

Tuş kirpiklərinizin köklərindən başlayaraq göz qapağına qədər təmas edən məhsuldur. Ona görə də infeksiya və bakteriyalar tuş vasitəsiylə hər kəsə yoluxa bilər. Bir çox qızların gözlərində müşahidə edilən qızartının səbəbi bu bakteriyalardır. Bu səbəbdən mütləq başqasının tuşunu nə istifadə edin, nə də paylaşın.

FIRÇA VƏ MAKİYAJ SÜNGƏRLƏRİ

Dərinizi xəstəlik və infeksiyalardan qorumaq üçün hər gün istifadə etdiyiniz bu vasitələri yumağınız vacibdir. Fərqinə varmadığınız fırça və makiyaj süngərləri mikrob və ölmüş dəri hüceyrələrini özündə toplayır. Bir neçə gündən sonra bu maddələr artıq dərinizə mənfi təsir etməyə başlayır.

DIRNAQ QAYÇISI

Dırnaqlarınızın sağlam və gözəl olmasını istəyirsinizsə, öz dırnaq qayçınızdan istifadə edin. Çünki dırnaq qayçısı bir çox infeksiyaların yayılmasına səbəb olur.

GÖZ QƏLƏMİ

Göz qələmi və ya layner, tuş kimi bakteriyaların yayılmasına səbəb ola bilir. Əgər yoldaşınızın gözündə bakteriya varsa, sizin də gözlərinizdə infeksiyanın yaranma riski olduqca yüksəkdir.

DODAQ BOYASI

İnsan ağız bakteriyalarla doludur. Ortaq dodaq boyası və nəmləndiricilərindan istifadə etməklə bəzi infeksiyalara yaxalanma riski var.

ÜLGÜC və ÜZQIRXAN MAŞIN

Ülgüc bədənin hər hansı hissəsində arzu olunmaz tüklərdən qurtulmaq üçün istifadə olunur. Lakin ülgüc və ya üzqırxan maşını kimsəylə paylaşmayın, gigiyenik olaraq özünüzü mütləq qoruyun.

Firuzə Alimova / TurpKimi.com