Xaricdə olarkən bunları yeməyin! - Qan-qan deyən yeməklər


Bəzilərinin adı belə tükləri biz-biz etməyə yetir. Amma fərqli mədəniyyətlərin fərqli ağız dadı var. Təqdim edəcəyimiz bu yeməklərin adını yaxşı-yaxşı yadda saxlayın.

xaricde-olarken-bunlari-yemeyin
04.04.2019 23:37 3 dəq oxuma

Ölkə xaricində olanda səhvən yeməzdən əvvəl bir daha düşünün. Azərbaycanlı kimi bu yeməklər bizim damaq dadımıza tamamilə ziddir. Bahalı olan yeməklərdən bəhs etməkdə məqsədimiz sadəcə insanları bilgiləndirməkdir. 
 
TurpKimi.com dünyanın bir çox yerində yeyilən qəribə, amma qorxunc və bahalı yeməkləri təqdim edir: 
 
Hisə verilmiş siçan, it, siçovul
 

İndoneziyadakı bazarlarda itlər, meymunlar, piton ilanları, donuzlar, pişiklər və siçovullar iplə boğularaq öldürülür və sonra hisə verərək müştərilərə satılır. İtlər öldürülməzdən əvvəl qəfəslərdə saxlanılır. İndoneziyadakı bu dəhşətli ənənəvi bazarı 44 yaşlı Omanlı fotoqraf Raymond Valsh lentə alıb.
 
Əqrəb şorbası
 

Çinin cənubuna aid bu ənənəvi şorbada əqrəbdən istifadə edilir. Bişirilərkən zəhəri məhv edilir.
 
Dil qanı kolbasası (Zungenwurst-Almaniya)
 

 Qan kolbasası (bölgəyə görə fərqli adları var:kaszanka, kiszka, krupniok): Donuz qanı, donuz içalat və üyüdülmüş taxıl (buğda və ya arpa) istifadə edilməklə hazırlanır. Soğan, istiot və ya mercanköşk ilə dadlandırılır  və ənənəvi və ya soğan, kələm və alma ilə qızardılır.
 
 Blood Sausages (Qanlı kolbasa)
 
 

Bütün dünyada populyar bir yeməkdir. Donuz əti, inək, qoyun, ördək və keçi qanı ilə hazırlanır və müxtəlif ölkələrdəki fərqli dadlarda olur. 
 
Tiet canh - Vyetnam (Qan şorbası)
 

Tiet canh, ördək əti, daxili orqanlar və xam ördək qanından hazırlanan ənənəvi bir yeməkdir. Bişmiş ətə doğranmış ədviyyat və əzilmiş fıstıq qatılır. Çiy qan ya da balıq sousu ilə qarışdırılaraq soyuducuda saxlanılır,  daha sonra süfrəyə verilir. 
 

Toyuq və ya ördək qanı ilə bişirilən bu yemək  şirin və ya turş şorba şəklində hazırlanır. Şəkər və sirkə ilə dad tarazlığı yaradılır.  Czernina əsasən makaron, verməşil, soyutma kartof və ya küftə ilə servis edilir.
 
 Portuqaliya- Qanda plov (Cabidela)

Peru və Çili kimi ölkələrin sahilyanı bölgələrində rastlaşa biləcəyiniz  "piure" kənardan baxanda qayadan seçilmir.  Ona görə də el arasında  "yaşayan qaya" adlandırılır.  Xüsusilə Çilidə ovlanması çox məşhur olan piureyi ovçular mişarla dilimlədikdən sonra qabığıyla ətini bir-birindən ayırırlar.  İçindən çıxan çəhrayı ət dilimlərlə, ya da konserv halında satılır. Çiy və ya bişmiş yeyilən piure ətinin yumşaq acı dadının olduğu və kirpiyə bənzədiyi bildirilir.
 
Decaisnea - ölü adamın barmaqları
 

Çinin qərbi, Hindistan, Myanma, Nepal kimi ölkələrdə yaşayan decaisnea fargesii bitkisi mavi kolbasa, ya da ölü adamın barmaqları kimi tanınır. Ətiri qarpız kimi şirin olan, toxuması isə jeleyə bənzədilən decaisnea çox vaxt dekorativ məqsədlərlə yetişdirilən meyvədir.
 
Geoduck
 

Adı  kral dəniz darağı olan bu heyvan Şimali Amerika qitəsinin qərbində yaşayır və çox qiymətli dəniz məhsuludur. Ovlanmadıqda  orta hesabla 140 il yaşayan geoduckların qabıqlarının xaricindəki qidalanma xortumları yeyilir.  Xüsusən Çin, Koreya və Yapon mətbəxində tez-tez qarşınıza çıxan geoduckın afrodizyak olduğuna da inanırlar.
 
Buddanın əli
 

"Barmaqlı naringi" adlandırılan Buddanın əlinin köklərinin Hindistan və Çində olduğu ehtimal edilir. Bu meyvə Buddist məbədlərində qurbangaha qoyulur. Görünüşü bir qədər qorxunc olsa da, güclü ətiri sayəsində otaq qoxusu kimi istifadə etmək olar. Ancaq digər sitrus növlərinin əksinə, suyu yoxdur. Şirniyyatlara və içkilərə ləzzət vermək üçün də istifadə edilir. 
 
Huitlacoche
 

Huitlacoche əslində  tərəvəz və ya meyvə deyil,  qarğıdalı dənələrinin üzərində yaşayan  göbələk növüdür. Meksikada çox istehlak edilən və çox sevilən huitlacoche quesadillalara və şorbalara vurulur. Dadının göbələk kimi dadlı-duzlu olduğu, ağaca və torpağabənzər tamının olduğu deyilir.  
 
 Percebes

İspaniyanın Qalisiya bölgəsində və Portuqaliyada ovlanan dəniz canlılarından biri olan percebesə görünüşünə görə portuqaliyalılar Şeytan dırnağı da deyir. Qayalara yapışıq halda yaşayan və ovlanması çətin olan  percebesin bir payı 100 avroya satılır. 
 
Natto
 

Soya lobyasının qıcqırdılmasından alınır. Yapışqan görünüşü ilə ilk baxışdan o qədər də dadlı görsənməyən natto Yapon mətbəxinin ənənəvi ləzzətidir. Ümumiyyətlə, plovun üstünə qoyulur və səhər yeməyində yeyilir. Qıcqırma prosesində soya bitkisi kalorisinin böyük bir hissəsini itirir. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com