Xaricdən onlayn məhsul alanlara xəbərdarlıq


Hava Nəqliyyatında Baş Gömrük İdarəsi poçt xidməti ilə daşınmalar üzərində xüsusi yoxlamalara başlayıb.

xaricden-onlayn-mehsul-alanlara-xeberdarliq
18.04.2022 18:37 1 dəq oxuma

Bununla bağlı Azərbaycanda fəaliyyət göstərən daşıma şirkətləri müştərilərinə xəbərdarlıq mesajı göndərib.

Bildirilib ki, yoxlamaların səbəbi ölkəyə çatdırılan malların düzgünlüyünü və təhlükəsizliyini təmin etməkdir. Bu səbəbdən xarici ölkələrdən gətirilən müxtəlif növ bağlamalar Azərbaycana daxil olarkən Bakı Karqo terminalında yoxlanışı bir qədər uzun çəkə bilər.

Son vaxtlar xarici ölkələrdən onlayn sifarişlərin artdığı qeyd edilib, bu baxımdan vətəndaşlardan gömrük bəyannaməsi zamanı məlumatları (sifarişin məbləğini, miqdarını, növünü) tam doğru qeyd etmək tələb olunur.

Daşıma şirkətlərinin xəbərdarlığına əsasən, əks halda ölkəyə daxil olan bağlamalar gömrük orqanları tərəfindən saxlanılacaq. (Modern.az)

TurpKimi.com