Xərçəng hüceyrələrinin böyüməsini sürətləndirən VİTAMİN açıqlanıb


Nəticələr alimləri təəccübləndirib...

xerceng-huceyrelerinin-boyumesini-suretlendiren-vitamin-aciqlanib
08.09.2023 00:43 1 dəq oxuma

C vitamini ənənəvi olaraq sağlamlıq üçün faydalı hesab edilir, lakin onun qəbulu xərçəng hüceyrələrinin inkişafını stimullaşdıra bilər.

TurpKimi.com bildirir ki, bu barədə “The Journal of Clinical Medicine” elmi nəşrində məlumat dərc edilib.

Karolinska İnstitutunun (İsveç) alimlərinin sözlərinə görə, C vitamininin tərkibindəki antioksidantların analizinin nəticələri onları təəccübləndirib.

İsveç İnstitutunun mütəxəssisi Martin Berqo, “Antioksidantların xərçəng şişlərinin yeni qan damarlarının əmələ gəlməsinə səbəb olan mexanizmi aktivləşdirdiyini aşkar etdik. Bu təəccüblüdür, çünki əvvəllər antioksidantların qoruyucu təsiri olduğu düşünülürdü”, - bildirib.

Alimlər vurğulayırlar ki, C vitamini antioksidantlarının təsiri altında əmələ gələn yeni qan damarları şişləri qanla qidalandırmağa başlayır ki, bu da onların böyüməsini stimullaşdırır. Bundan əlavə, qida maddələri metastazlara səbəb olan bu damarlar vasitəsilə şişə daxil olur. Nəhayət, tədqiqatçılar antooksidantların  xərçəng hüceyrələrinin bədən ətrafında hərəkət etməsinə və yeni bölgələrə hücum etməsinə kömək etdiyinə inanırlar.

Mənbə: "News.ru"

Firuzə Alimova / TurpKimi.com