Xərçəng xəstəliyinin aşkar edilməsində yenilik...
ABŞ-da həyata keçirilən sınaq, itlərin qoxubilmə sayəsində qan analizindəki xərçəng xəstəliyini 97 faiz aşkar etdiklərini ortaya qoyub.
ABŞ-ın Florida bölgəsindəki Orlando şəhərində keçirilən ABŞ Biokimya və Molekulyar Biologiya Cəmiyyətinin illik konfransında təqdim edilən sınaqda xərçəngi aşkar etməsi üçün təlimləndirilən itlərin xərçəng olan bir şəxsin qanını qoxulayaraq 96,7 faiz təsbit etdiyi bildirilib.
Xüsusi üsulla təlim görən 4 ədəd “Beagle” it cinsi sağlam və ağ ciyər xərçəngi olan xəstələrin qan analizlərini qoxulayıblar. Onlardan 3-ü sağlam və xəstə olan qan nümunələrini uğurla aşkar edə bilib.
BioScentDx sağlamlıq xidmətləri şirkətində araşdırma aparan qrup lideri Heather Junqueira bildirib ki, xərçəngin aşkarlanması üçün bu sınaq minlərlə insanın həyatını xilas edə bilər. Belə bir üsulun xəstəliyin müalicə metodunu dəyişdirəcəyi də qeyd edilib.
Beləliklə, itlərə məxsus iybilmə sayəsində xərçəngin aşkarlanmasında yeni üsulun inkişaf etdirilməsi hədəflənir.
Firuzə Alimova / TurpKimi.com