Xərçəngin müalicəsini kosmosda tapdılar - Alimlərdən inqilabi araşdırma


Kosmosda xərçəng hüceyrələrini məhv edən nə var?

xercengin-mualicesini-kosmosda-tapdilar
12.09.2019 12:38 1 dəq oxuma

Alimlər xərçənglə mübarizədə az qala hər ötən gün yeni üsullar kəşf edirlər.

Avstraliyalı alimlər apardıqları son araşdırmalar nəticəsində xərçəngin çarəsinin kosmosda tapıla biləcəyi qənaətinə gəliblər.

Tədqiqat zamanı, cazibə qüvvəsinin olmadığı kosmosda hüceyrələrin bərpa şansı olmadan sıradan çıxdığı müəyyənləşib. Belə ki, kosmosda sadəcə, 1 gün qalan xərçəng hüceyrələrinin 80 faizindən çoxu məhv olub. Bununla da, almaniyalı alimlərin bir müddət əvvəl başladıqları araşdırmanın yekununda əldə olunmuş nəticə növbəti dəfə öz təsdiqini tapıb.

Beləliklə, cazibə qüvvəsinin xərçəng hüceyrələrini məhv etmək təsirinə malik olduğu aşkar edilib. Yeni araşdırmaya başlayan avstraliyalı alimlər də əldə edilən bu nəticələrdən sonra xərçəng hüceyrələrini kosmosa göndərməyi planlaşdırır. Sözügedən araşdırma qrupuna daxil olan biotibb mühəndis Coşua Çu bədənin 4 müxtəlif yerindən 4 fərqli xərçəng hüceyrəsi götürərək, onları mikrocazibə mühitində saxlayıb.

24 saatlıq çəkisizlik şəraitində hüceyrələrin 80-90 faizinin öldüyünü deyən Çu nümunə üçün götürülən xərçəng hüceyrələrini 2020-ci ildə Beynəlxalq Kosmik Stansiyasına göndərməyi planlaşdırır.

Firuzə Alimova / TurpKimi.com