Xərçənglə bağlı yayılan bu xəbər - sizi ŞOK edəcək


Xərçəng xəstəliyinin müalicəsində bir çoxumuzun doğru bildiyi bəzi yanlışların müalicəyə mənfi təsir etdiyi bildirilib. Amma elə deyilmiş...

xercengle-bagli-yayilan-bu-xeber
10.03.2019 16:42 2 dəq oxuma

Belə ki Ege Universitetinin Tibb Fakultəsi Tülay Aktaş Ankoloji Xəstəxanasının Tibbi Ankologiya Bölümünün üzvü Prof. Dr. Bülent Karabulut verdiyi açıqlamasında xərçəngin bütün dünyada çox rast gəlinən xəsətəliklər arasında yer aldığını söyləyib.

Xərçəng xəstəliyinin inkişafında və müalicəsində immun sisteminin əhəmiyyətli rol oynadığını vurğulayan Karabulut “pozitiv düşünərək xərçəngin yeniləcəyi, müalicə ediləcəyi və ya tam tərsinə, depressiyada, stresli olan zaman, çox pis həyat şəraitində yaşandığı zaman bəzi xərçəng xəstəliklərinə daha tez-tez rast gəlinməsi ilə  bağlı sübut yoxdur” deyə qeyd edib.

Hətta xəstəliyin diaqnozunu qoymaq və müalicə metodunu təyin etmək üçün lazım olan biyopsilərin aparılması xərçəngin yayılmasına səbəb olmaz: “Xəstələrdə biyopsilər edildiyi zaman xəstəliyin yayılması, pisləşməsi və ya daha da ətrafa dağılmasıyla bağlı yaranan qorxular ortaya çıxsa da, bu haqda elmi sübutlar yoxdur. İstər cərrahi müdaxilələr, istərsə də iynəylə edilən biyopsilər xərçəngin yayılmasına və ya pisləşməsinə səbəb olmaz”.

Saç boyası, ətir kimi məhsulların xərçəngə səbəb olmasıyla bağlı iddialara gəldikdə isə həkim bunları deyib: “Hər cür toksiki maddənin, hüceyrə və DNA üzərində mənfi təsiri vardır. Ona görə də toksiki maddələrdən nə qədər uzaq olsaq, bir o qədər sağlam yaşamaq mümkündür. Bununla yanaşı saç boyaları və deodorantlar kimi kosmetik maddələrin xərçəng yaratması heç bir araşdırmada göstərilməyib. Lakin başda siqaret olmaqla bəzi kimyəvi maddələrin də xərçəng riskini artırıdığını bilirik”.

Firuzə Alimova / TurpKimi.com