C vitamini anbarı limonu təbii antibiotik sarımsaq ilə birlikdə istehlak etsək orqanizmdə hansı möcüzələrin baş verəcəyini bilirsinizmi?
Xalq təbabətində çox tez-tez adı çəkilən bu eliksirdən fərqli xəstəliklərin müalicəsində istifadə edirlər.
TurpKimi.com mətbəxdə ən çox istifadə olunan bu iki vasitədən əsl şəfa kürü hazırlamaq qaydasından və faydalarından yazacaq.
Limon və sarımsaq birlikdə istifadə edildikdə möcüzələr yaradır.
Tıxanmış, tutulmuş damarları açır
Səhər acqarına istifadə edildikdə damarlardakı tıxanıqlığı açır. Acqarına istifadə eliksirinin damarlarda daha sərbəst hərəkət etməsi üçündür. Bu şəkildə bütün damar iltihablarını müalicə etməkdə, tıxanan damarları açmaqda, damar sərtliklərini və hipertaniyaya qarşı mübarizədə təsirlidir. Angioqrafiya (Anju) olunmuş xəstələrin baypass əməliyyatından xilas olmağı üçün müraciət edə biləcəyi vasitə məhz bu eliksirdir.
ŞƏKƏR VƏ XOLESTEROLU NİZAMLAYIR
Yüksək xolesterol və şəkər xəstəliyindən əziyyət çəkənlər bu qarışıqdan mütləq istifadə etməlidirlər. Limon vücuddakı şəkəri nizamlayaraq, pis xolesterolun (LDL) faizini aşağı salmaqda çox təsirlidir.
MƏDƏ XƏSTƏLİKLƏRİNƏ YAXŞI TƏSİR EDİR
Xoraya səbəb olan mikrobları yox edərək bütün romatizmal iltihablara yaxşı təsir edir. Hər cür romatizmal ağrıları da azaldır. Mədə qıcqırması və mədə yanması kimi problemlərdə limon və sarımsaq küründən istifadədə yanlış məlumatlar yayılıb. Əslində doğru istifadə edildikdə bu xəstəliklərlə mübarizə aparır.
ÖDƏM ATDIRIR VƏ ŞİŞKİNLİYİ AZALDIR
Damarlara və toxumalara maye sızdıqda və orqanizmdən artıq duzların xaric edilməməsindən qaynaqlanan şişkinlikdə istifadə edilməlidir.İnsanların çoxunda bu şişkinlik köklüklə əlaqəli artır. Limon sarımsaq küründən idmanla məşğul olaraq istifadə etdiyinizdə həm ödəmdən, həm də artıq çəkilərinizdən xilas ola bilərsiniz.
Hazırlanma qaydası:
Bu cür hazırlanma qaydası professor İbrahim Saraçoğlunun tövsiyyələrinə əsasən aparılır.
2 litr saf limon suyu, 40 diş sarımsaq və bir şüşə balon
Limonları sıxıb şüşə balona tökün. Qabığını soyduğunuz 40 diş sarımsağı da limon suyuna əlavə edib qarışdırdıqdan sonra qabın ağzını bağlayın.
Qarışığı 25 gün otaq temperaturunda saxlayın. Limon sarımsaq kürünü 25 gün ərzində günaşırı çalxalayın. Həddindən artıq çalxalasanız qarışığınız daha asan bir-birinə qarışacaqdır.
25 gündən sonra sarımsaqlar limon suyunun içində əriyəcək. Acqarına yarım stəkan içərək şəfasını görəcəksiz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Yenilənib