Xəstənin bədənindən 32 kq-lıq şiş çıxarıldı


Almaniyanın Maqdeburq şəhərində həkimlər 24 yaşlı xəstədə nəhəng yumurtalıq şişi aşkar ediblər.

xestenin-bedeninden-32-kq-liq-sis-cixarildi
22.01.2024 11:24 1 dəq oxuma

32 kiloqramlıq törəmə uğurla çıxarılıb.

Məlumata görə, gənc xanım təngnəfəslik və ümumi halsızlıq şikayətləri ilə həkimə müraciət edib. Müayinə zamanı həkimlər onun yumurtalığında nəhəng xoşxassəli şiş - kistadenoma aşkar ediblər.

Törəmə uzun müddət bağırsaqları və mədəni sıxıb, bu səbəbdən xəstə normal qidalana bilməyib və xeyli çəki itirib.

Bir neçə saat ərzində şiş çıxarılıb. Qadın əməliyyatdan sonra bir həftə həkim nəzarətində olub və qənaətbəxş vəziyyətdə ambulator müalicəyə buraxılıb.(oxu.az)