Xəstəxanadan REPORTAJ - Xəstəliyi ciddiyə almayanlar üçün - VİDEO


Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları Bakıda koronavirusa yoluxmuş şəxslərin saxlanıldığı Xüsusi təhlükəli infeksiya şöbəsindən reportaj hazırlayıblar.

xestexanadan-reportaj
27.03.2020 21:50 1 dəq oxuma

Bir neçə xəstə necə yoluxduqları və koronavirusun onlarda olan simptomları haqqında danışıb.

Bütün dünya koronavirusla mübarizə aparır. Dövlətimizin vaxtında tətbiq etdiyi qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda koronavirusla bağlı vəziyyət hələ ki kritik deyil. Lakin bu çətin vəziyyətdə hər şey tək dövlətdən asılı deyil. Hər bir vətandaş anlayış göstərməli və karantin qaydalarına riayət etməlidir. Yalnız karantinin köməyi ilə koronavirusun ölkəmizdə daha da çox yayılmasının qarşısını almaq mümkün olacaq.  

Hələ də koronovirusa şübhə ilə yanaşan, "koronavirus yoxdur" deyən insanlar çoxdur. AzTV komandası məhz həmin şəxslər üçün bu araşdırmanı edib, bəşəriyyətin hansı təhlükə ilə üz-üzə olduğunu koronaviruslu xəstələrin öz dilindən tamaşaçılara təqdim edib.