Xəyanətə ən çox hansı bürclər meyillidir?


Bəzi insanlar həm münasibətlərində, həm də dostluqlarında çox sadiqdirlər. Onlar sizi həyatlarının mərkəzinə qoyur və gözü başqalarını görmür.

xeyanete-en-cox-hansi-burcler-meyillidir
07.03.2023 11:13 2 dəq oxuma

Amma bəzi insanların xarakteri bunun tam əksidir. Onlar sadiq qalmağı bacarmır və hər an sizi aldada bilərlər. Bu halda onlara güvənmək mümkün deyil. Astrologiyada da daha çox aldatmaqla tanınan bürclər var.

 Bakupost.az istinadən həmin bürcləri təqdim edirik.

Əkizlər - Bu bürcün fərdləri aldatmaqla tanınır. Çünki bu bürc tamamilə əylənməkdə maraqlıdır. Onlarla münasibətiniz varsa, çox əylənəcəksiniz. Lakin siz də onlara yetməsəniz, sizdən bezəcək və soyuyacaqlar. Ayrılma cəsarətini toplayana qədər isə sizi aldadacaqlar. Onlar aldatmağı bir oyun olaraq gördükləri üçün sadiq qalmağı bacarmırlar.

Tərəzi - Tərəzilər çox incə, mehriban və gülərüzlü olurlar. Onlar həyatındakı insanı əl üstündə tuturlar. Amma sonra heç sevməmiş kimi davrana bilirlər. Ən sədaqətsiz bürc olaraq tanınırlar. Qərar verməkdə çətinlik çəkirlər və verdikləri qərarın arxasında dura bilməzlər. Gözəl olan hər şeyi sevirlər. Ona görə də sizdən başqa gözəl, yaraşıqlı birini gördükdə sizi tərk edə bilərlər.

Qoç - Tələsik və rəqabətçi davranışlarına görə həyatındakı insanı aldada bilərlər. Hər zaman başqaları ilə yarış halındadırlar. Sizinlə mükəmməl romantizm yaşaya bilərlər, amma bir nöqtədən sonra hər şey tərsinə gedə bilər. Narahatdırlar və hər zaman dəyişməyə ehtiyac duyurlar. Bütün hərəkətlərinin təqdir olunmasını gözləyirlər. Asanlıqla başqa birinə aşiq ola bilərlər.

Balıq - Bu bürcdən olan insanlar emosional və romantik olaraq tanınır. Bu xüsusiyyətlər çox vaxt sadiqliklə qarışdırılır. Amma onların da aldatma faizləri yüksəkdir. Onlar gerçəklərdən qaçır. Hər zaman münasibətlərində sahib olduqlarına zidd olan şeylər axtarırlar. Əlçatmazları sevirlər. Ona görə də həmişə yeni sevginin arxasınca qaçırlar.