Xilaskarların yeni dostu “qəhrəman gəmiricilər” Türkiyəyə göndərilir - FOTO


Minaları da aşkar edə bilirlər...

xilaskarlarin-yeni-dostu-qehreman-gemiriciler-turkiyeye-gonderilir
05.06.2022 11:53 1 dəq oxuma

Alimlər təbii fəlakət zamanı dağıntılar altında qalan insanları tapmaq üçün siçovullara təlim keçirlər. Təlim görmüş gəmiricilər sınanmaq üçün Türkiyəyə göndəriləcək.

Layihə iştirakçılarının sözlərinə görə siçanlar dağıntılar altında qalanlara çatmaq üçün müxtəlif maneələri rahatlıqla aşa və kiçik dəliklərdən keçə bilirlər. Sınaq üçün gəmiricilər simulyasiya edilmiş dağıntılara göndərilir. Xilasedicilərin sağ qalanlarla danışa bilməsi və xilasetmə əməliyyatlarını əlaqələndirə bilməsi üçün gəmiricilər mikrofonla təchiz olunmuş kürək çantaları ilə hərəkət edirlər.

Qeyd edək ki, “Qəhrəman Siçovullar” adlı layihənin müəllifi Tanzaniyada qeyri-kommersiya təşkilatı olan APOPO-dur. İndiyədək yeddi siçovul öyrədilib. Elm adamları təlim prosesini başa çatdırmaq üçün onlara ən azı iki həftə lazım olduğunu söyləyirlər. Bundan sonra gəmiricilər Türkiyəyə göndəriləcək.

Gəmiricilər çevik və yüngül olduqlarından həm də minaları aşkar etmək üçün istifadə olunur.

Mənbə: Daily Mail / Oxu.az