Xırt-xırtlı ləzzət: - Cəzair börəyi


Aralıq dənizinin isti mehinin süfrələrə daşıdığı xırçıltılı  börək resepti ilə gəlmişik. 

xirt-xirtli-lezzet-cezair-boreyi
06.11.2024 22:47 2 dəq oxuma

Ağzınızın dadı dəyişəcək, həm də fərqli mətbəxin təamı ilə süfrənizi bəzəyəcəksiniz. 

Bunun üçün bizə lazımıdır:

Resept 4-6 nəfər üçün uyğundur. 

Xəmir üçün:

3 su stəkanı un

1 çay qaşığı duz

1,5 su stəkanı ilıq su 

1/4 su stəkanı zeytun yağı

İç xərci üçün:

300 qram qiymə

1 ədəd böyük soğan (incə doğranmış)

1 su stəkanı doğranmış cəfəri

1 çay qaşığı qaraistiot

1 çay qaşığı qırmızı toz bibər

Duz

Üzəri üçün:

Zeytun yağı və ya kərə yağı (əridilmiş)

1. Xəmirin hazırlanması

Geniş bir qabda un və duzu qarışdırın.

Ortasını açaraq zeytun yağını və ilıq suyu əlavə edin. Xəmiri yavaş-yavaş yoğuraraq hamar və yumşaq bir konsistensiya halına gətirin.

Xəmiri təxminən 15 dəqiqəyə qədər yoğurun və üzərini örtüb 30 dəqiqə gözlədin.

2. İç xərcinin hazırlanması

Soğanları incə doğrayın və qiymə ilə birlikdə  tavada qovurmağa başlayın.

Qiymə suyunu çəkdikdən sonra duz, qara istiot, qırmızı toz bibər və cəfəri  əlavə edərək qarışdırın.

Daha sonra ocaqdan götürün və soyumağa qoyun. 

3. Börəyin hazırlanması

Xəmiri ikiyə bölün və hər parçanı incə şəkildə açın. .

Açdığınız yuxalarn üzərinə fırça ilə  zeytun yağı sürtün.

Hazırladığınız iç xərcini üzərinə sərpişdirib yayın. 

Yuxanı  rulon şəklində büküb yumru bir nimçəyə spiral şəklində yerləşdirin. Digər yuxaları da eyni şəkildə hazırlayaraq ilk yuxanın ətrafına yerləşdirin.

4. Börəyin bişirilməsi

Üzərinə əridilmiş kərə yağı və ya zeytun yağı sürtərək əvvəlcədən isidilmiş 180°C sobada təxminən 30-40 dəqiqə, üstü qızarana qədər bişirin.

Börək bişdikdən sonra dilimləyərək isti şəkildə servis edin. 

İncə məqamlar:

Xəmirin gəlməyi mütəqdir. Yaxşı gələn xəmiri həm açmaq asandır, həm də incə yayılır. 

İç xərcinə zövqünüzə görə ədviyyat əlavə edə bilərsiniz

Börəyi  nimçəyə spiral şəklində yerləşdirmək bərabər şəkildə qızarmasına kömək edir. 

Börəyin üzərinə yağ sürtəndə xırçıltılı olur. Zeytun yağı Aralıq dənizi mətbəxinin əsas atributudur. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com