Simiti bu reseptlə evdə bişirəndən sonra çöldən ala biləcəyinizi düşünmürəm. Bu ləzzəti başqa bir yerdə tapa bilməyəcəksiniz.
Evdə dadından doymayacağınız, səhər süfrənizə dad qatacaq simit hazırlamaq əslində çox asandır. Əsas odur ki, qolları çirmələməyə hazır olun.
TurpKimi.com resepti təqdim edir:
Ərzaqlar:
750 qr un
37 qr şəkər tozu
22 qr duz
37 qr yaş maya
75 ml duru yağ
420 ml su
1 su stəkanı bəkməz
3 su stəkanı su
2 su stəkanı küncüt
Hazırlanma qaydası:
Yaş maya, su və duru yağı bir qaba töküb qarışdırın.
Ayrı bir qaba un, duz, şəkər tozu və yuxarıdakı qarışıqları əlavə edərək xəmir yoğurun.
Üzərini nəmli təmiz bir bez ilə örtüb mayalanmasını gözləyin.
Xəmir təxminən iki qatına çatdığında bərabər kündələrə ayırıb uzununa yayın. Tərsinə çevirərək iki qatlayıb və hər iki ucunu birləşdirin.
Bu şəkildə də bir az mayalandıqdan sonra su ilə açdığımız bəkməzə salıb küncütə batırın.
Əvvəlcədən isidilmiş 165 dərəcəlik sobada 12-15 dəqiqə bişirin.
Bişirməzdən əvvəl sinidə bir daha mayalandırın.
Nuş olsun!
Vüsalə Əlövsətqızı, TurpKimi.com
18-06-2022