Xoruldamaq həm bu problemi yaşayanı, həm də bu səsi eşidəni ciddi narahat edən bir məsələdir.
Xoruldamağın müxtəlif səbəbləri ola bilər.
TurpKimi.com olaraq bunun səbəblərindən yazmışdıq.
Kişilər niyə çox xoruldayır? - Diqqət çəkən səbəb - Buradan oxu
İndi isə xoruldamağı təbii vasitələrlə müalicə etməyin yolundan yazacayıq.
İlk növbədə xoruldamaqdan azad olmaq üçün aşağıdakılara əməl etmək lazımdır:
* yan tərəfi üstə yatmaq
* arıqlamaq
* spirtli içki qəbul etməmək
* əlaməti əmələ gətirən səbəbi həkimin müayinəsi vasitəsilə araşdırıb aradan qaldırmaq.
Yatmazdan əvvəl uzun müddət aşağıdakı qarışığı hazırlayıb içsəniz xoruldamaqdan xilas ola bilərsiniz.
Lazım olanlar:
Alma - 2 ədəd
Yerkökü - 2 ədəd
Limon - ¼ ədəd
Zəncəfil kökü - 1 ədəd
Tərəvəzlərin hamısı şirəçəkəndə sıxılır və yatmazdan əvvəl qəbul edilir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
09-04-2021