Xoşbəxtlik hormonlarını təbii və təsirli üsullarla necə yüksəltmək olar? - 4 yol


Özünüzü hər gün tərs tərəfdən durmuş kimi hiss edirsiniz?

xosbextlik-hormonlarini-tebii-ve-tesirli-usullarla-nece-yukseltmek-olar
04.12.2022 00:30 3 dəq oxuma

Yaşadığınız bir hadisəyə, hirsləndiyiniz birinə görə özünüzü bədbəxt, pessimist və əsəbi hiss etmək müəyyən bir səviyyəyə qədər normal qarşılana bilər. Ancaq bəzən mühüm  bir səbəbin olmamasına baxmayaraq özünüzü narahat hiss edirsiz. Məhz bu anda xoşbəxtlik hormonlarının miqdarını yüksəltmək lazımdır. 

TurpKimi.com əvvəlcə xoşbəxtlik hormonu haqda bəzi maraqlı məlumatları diqqətinizə çatdırır. 

Xoşbəxtlik hormonlarından biri kimi ən çox  serotoninin adı çəkilir. Serotonin beyində sinirlər arasında əlaqə yaradır,  xoşbəxt, sakit və dinc hiss etməmizə kömək edir.

Bu gözəl hormon haqqında sizi ən çaşdıracaq məlumat isə təxminən 80 faizinin bağırsaqlarda yaranmasıdır. Əgər həzm problemləri yaşayırsınızsa ruh halınızın yaxşı olması o qədər də mümkün deyil.

Bilməli olduğunuz başqa bir detal da serotonin və melatonin arasındakı əlaqədir. Serotonin hormonu çox olduqda yuxusuzluq, az olduqda isə yuxudan doymamaq problemi yaranır.

Dərin yuxu kimi tanınan REM yuxusu əsnasında beyin serotonin hormonunun istehsalını dayandırır.
Bu mərhələdə də melatonin hormonu işini görməyə başlayır, bədəni qaranlığa və yuxuya hazırlayır. Yəni bu iki hormon birlikdə əlaqədə olaraq duyğu vəziyyətimizi nizamlayır.

Endorfin

Endorfinlər ruhi vəziyyətimizi dəyişdirir. Ağrını, kədəri,  stressi azaltmaqla sevinməmizə də kömək edir.
Bir çox insan endorfin və idman arasında olan  əlaqəni bilir. Endorfinləri ən çox xəbərdar edən şey məşq etməkdir, fiziki fəallıqdır. 

Progesteron 

Progesteron yalnız hamiləlikdə təsirli deyil; bu güclü hormonun bədəndə başqa bioloji funksiyaları da vardır. Progesteron güclü bir antidepressantdır. 

Progesteron adət dövrünün ikinci yarısında çox olan bir hormondur və daha çox yumurtalıqlarda istehsal olunur. 
Bununla birlikdə böyrəküstü vəzlərdə də bir az progesteron istehsal edilir. Hətta menopozdan sonra böyrəküstü vəzlər progesteronun əsas istehsal yerinə çevrilir.

Adrenalin vəzləri eyni zamanda stress hormonlarını da istehsal etdiyi üçün xroniki stress, adrenal progesteron istehsalını təhlükəyə ata bilər. Stress nizamsız yumurtlama və ya heç yumurtlaya bilməməyə də səbəb ola bilər.
Bu da hmilə qalma şansını azaldar, hətta sonsuzluğa səbəb olar. 

Ruhi vəziyyəti formalaşdıran  bəzi hormonlar haqqında məlumatımız oldu. Bəs  onları təbii yollarla necə gücləndirmək olar? Xoşbəxtlik hormonlarını heç bir dərman istifadə etmədən yalnız təbii yollarla tənzimləməyin 4 yolu:

1.Nefes alma şəklinizi dəyişin

Stress hormonunun istehsalına nəfəs almaqla təsir edə bilərik. Diafraqmadan nəfəs aldıqda (qarnı içəri və çölə hərəkət etdirən uzun, yavaş nəfəs alıb-vermə) bədənimizi sakitləşdirər. Bu da seks hormonlarının tarazlığına və həzmə təsir edər.

2.Həzm sisteminizi yaxşılaşdırın

Həzm sağlamlığın təməl daşıdır, çünki həzm yolu ilə yeməklərdəki bütün faydalı maddələri orqanizm sorar və bunların çoxu hormonlar üçün çox əhəmiyyətlidir.

Yediklərimizi yaxşıca çeynəmək, təbii və işlənməmiş qidalar istehlak etmək, rahat bir zamanda və yerdə  yemək həzmi gücləndirməyin əsas yollarındandır.

3.Qaraciyərinizi gücləndirin 

Qaraciyər gün ərzində necə göründüyümüzə və necə hislər keçirməyimizə birbaşa təsir edir. 
Qaraciyər orqanizmi təmizləyir və ehtiyac duymadığımız hormonlar da daxil olmaq üzrə bütün problemli maddələri təmizləyən əsas açar orqandır.

Trans yağ, rəfinə edilmiş şəkər, spirt və həddindən artıq kafein qaraciyəri yorar. Bu qidaların istehlakını azaldaraq bitki mənşəli bəslənməyə diqqət etmək lazımdır. 

Qaraciyərin ən sevdiyi qida Brüksel kələmi, brokoli, kələm, gül kələmi kimi tərəvəzlərə süfrənizdə daha çox yer verin. 

4.Hərəkətli həyatı prinsipinizə çevirin
  
İdmanla məşğul olmaq ruh halını yüksəldir.  Ancaq burada edilən ən böyük səhv bir çox insanın hələ də idman salonunda məşq edərək, ya da uzun məsafələrə qaçaraq bu faydaları əldə edəcəyini sanmasıdır. 

Bədəninizi zövq alacağınız şəkildə hərəkət etdirin! Unutmayın ki, həyatda heç də hər şey planladığımız kimi olmur. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc olunub: 09-06-2021