Hətta xərçəngə səbəb olur...
Ramazan ayında süfrələrin baş tacı olan xurmaya hiylə qatılır. Belə ki, xurma qlükoza şərbətinə batırılaraq bazarlarda satışa çıxarılır. Bu isə sağlamlığa ciddi ziyan verir.
TurpKimi.com xəbər verir ki, qlükozanın qandakı şəkərin səviyyəsini artırdığı deyən fitoterapevt Serhat Koran insanlara xəbərdarlıq edib.
“Bu şəkildə satılan xurma ürək damarlarının fəaliyyətini pozur. Mədəaltı vəzi xərçəngi yaradır. Ona görə də xurma alarkən çox diqqətli olmaq lazımdır”, - deyə mütəxəssis bildirib.
Glükoza şərbətinə batırılan xurmalar, adətən çox tapışqan, parlaq və kiçik ölçüdə olur. Bu xurmalar qandakı şəkərin səviyyəsini yüksəldir, ürək damarlarının sağlamlığına zərər verir. Hətta orqanizmdə xərçəng xəstəliyi varsa, həmin hüceyrələri qidalandırır.
Türkiyəli mütəxəssis qeyd edib ki, bu xurmaların xərçəngə səbəb olmasına dair araşdırmalar da var:
“Ərəb ölkələrində yetişən xurmalar daha böyük və iri olur. Bir də Afrika bölgəsində yetişən xurmalar var. Bunlar daha kiçik və dadsız olurlar. Bu xurmaları dadlandırmaq və daha parlaq göstərmək üçün qlükoza şərbətini xurmaların üzərinə tökürlər. Belə olan halda xurma faydadan çox ziyan vermiş olur”.
Firuzə Alimova / TurpKimi.com