Xüsusilə Ramazan ayında daha çox istehlak edilən xurmanı yedikdən sonra dənəsini zibilə atırıq. Halbuki, dənəsində də meyvəsində olduğu qədər faydalı elementlər var.
TurpKimi.com xurma dənəsinin sağlamlıq üçün olan faydalarından yazacaq.
Xurma dənəsi böyrək və qaraciyəri toksinlərdən təmizləyir, saçların ağarmasının qarşısını alır və s.
Necə hazırlayaq?
Xurma dənəsini üyüdərək toz halına gətirib, bir stəkan südə 1 kiçik çay qaşığı və ya 1 kasa qatığa bir yemək qaşığı qataraq istehlak edə bilərsiniz. Bal ilə qarışdırıb məcun kimi gündəlik bir kiçik çay qaşığı qəbul edə bilərsiniz. Südə də ata bilərsiniz.
Faydaları:
1. DNT-nin zədələnməsinin qarşısını alır
Aparılan araşdırmaya görə, xurma dənəsi qaraciyərin zədələnməsinin qarşısını alır və oksidativ DNT -ni zədələnməkdən qoruyur.
2. Şəkər xəstəliklərində təsirlidir
Xurma çəyrdəyi qan şəkəri ilə əlaqədar problemləri, diyabeti və əlaqəli xəstəlikləri müalicə etməkdə təsirli vasitədir.
3. İnfeksiyaya qarşı qoruyur
Xurma dənələri müxtəlif patogenik viruslara qarşı antiviral agent vəzifəsini yerinə yetirir. Bir çox viral infeksiya tipinin müalicəsində və qarşısının alınmasında faydalıdır.
4. Böyrək və qaraciyərin zədələnməsinin qarşısını alır
Xurma dənələri orqanizmi qaraciyər və böyrək xəstəliklərindən qorumağa kömək edir.
5. Antioksidant baxımından zəngindir
Xurma dənələri antioksidant baxımından zəngindir, antioksidantlar da xəstəliklərə səbəb olan sərbəst radikalları təmizləmək qabiliyyətlərinə malikdir. Bu da bədənin oksidativ stressə qarşı qorunmasına kömək edir.
6. Prostat problemlərini aradan qaldırır.
7. Damar sərtliyinə yaxşı təsir edir.
8. Qadın xəstəliklərinə müsbət təsir edir.
9. Hemoroid və onunla əlaqəli problemləri müalicə edir.
10. Qan dövranını sürətləndirir.
11. Afrodizyak təsirə malikdir.
12. Öskürək və bəlğəmgətirici kimi istifadə edilir.
13. Toksinlərin və şişkinliyin bədəndən kənarlaşdırılmasına kömək edir.
Qeyd: Bu məlumatlar maarifləndirmə, bilgiləndirmə məqsədi daşıyır və tibbi müalicə xüsusiyyəti yoxdur.
https://fb.watch/ciQdnfjmkM/
Vüsalə Əlövsətqızı, TurpKimi.com