Xurma limonla birləşdikdə nələr baş verir?
Ramazan ayında tez-tez istifadə olunan xurmanın üzərinə bir neçə damcı limon sıxıb yedinizmi?
TurpKimi.com bildirir ki, faydaları saymaqla bitməyən limon və xurmanı birlikdə yedikdə ehtiyacımız olan enerjini artıqlaması ilə geri qazanmış oluruq.
Lif cəhətdən zəngin olan xurmanı limonla yediyiniz zaman bağırsaqlar güclənər. Bunu hər gün etdikdə qəbizlikdən əsər-əlamət qalmaz.
Xurmanın tərkibində olan kalium, kalsium və maqnezium sümükləri gücləndirir. Limonla qarışdıqda isə sümük əriməsinin qarşısını alır.
Vitamin və antioksidantlarla zəngin olan xurmayla limon eyni zamanda enerjinizi yüksəldir və gününüzün daha gümrah keçirməsinə şərait yaradır.
Ürəyi də qoruyan bu qarışıq B6 vitamini ilə son dərəcə zəngindir. Yenə xurma limonla birləşdikdə stresdən qoruyur və yaşlanmanın sürətlənməsinin qarşısını alır.
Xurma uzun müddət insanı tox saxlamaqla yanaşı, qanda şəkərin qəfil yüksəlməsinin qarşısını alır. Eyni zamanda həzmi tənzimləyir və toksinlərin atılmasına kömək edir. Limon isə bunu sürətləndirir.
Firuzə Alimova / TurpKimi.com