Bədən və ruh sağlamlığımız beynimizdən asılıdır.
Yaş ötdükcə beynin sağlamlıq vəziyyəti də getdikcə geriləməyə başlayır. Xüsusilə də son zamanlar yaddaş pozulması və alzheimer kimi xəstəliklər insanları narahat etməyə başlayıb. Lakin beynimizin sağlamlığını qorusaq bədənimiz və ruhumuz da sağlam olacaq. Bəs bunu necə etmək olar?
TurpKimi.com beynin sağlamlığını qoruyan və unutqanlığın qarşısını almağa kömək edəcək beyin məşqlərini təqdim edir:
1 – Evə gedərkən həmişəki yolla deyil, fərqli yolla getməyə çalışın;
2 – Nəyisə unutmamaq üçün bir neçə dəfə səsli təkrar edin;
3 – Bir şey oxuyarkən eyni anda nəsə dinləyin;
4 – Tapmaca və ya krassvord kimi beyni işlədən oyunlar oynayın;
5 – Eyni zamanda həm beyninizi, həm də bədəninizi işlədəcək idmana başlayın;
6 – Xarici dil öyrənin;
7 – Qoxu və dadbilmə duyğularınızın beyninizi gücləndirəcəyini unutmayaraq, başqa bir ölkənin mətbəxini öyrənmək üçün kursa gedin;
8 – Tamamilə səssiz bir mühitdə qalaraq meditasiya edin;
9 – Bir şeyi xatırlamaq istəyəndə beyninizdə görüntülər canlandıraraq nəticəyə əldə etməyə çalışın.
10 – Hər axşam sağlam yuxu yatın.
Firuzə Alimova / TurpKimi.com
19-03-2019