Yağ ləkələrini asanlıqla təmizləyən vasitə


Yağ ləkələri xüsusilə mətbəxdə və sobada çox olur.

yag-lekelerini-asanliqla-temizleyen-vasite
01.07.2023 00:41 1 dəq oxuma

 TurpKimi.com yağ ləkələrini təbii vasitələrlə təmizləməyin ən asan yollarından yazacaq. 

Sobada yemək bişirmək çox asandır, amma yağ ləkələrini görəndə bu işin heç də asan olmadığını düşünürsən. 

Sobada aylarla yığılıb qalmış ləkələri təmizləmək çox çətin olur. Bir az əziyyət çəkəcəksiz, amma əvvəlki kimi parlaq və təmiz etmək mümkündür. 

Soba nimçələrinə tökülən yeməklər ən çətin təmizlənən ləkələrdir. Xüsusilə soba nimçələrindən yemək qalıqları dərhal təmizlənməlidir.

 Sürtmədən, qaba zərər vermədən nə etmək lazımdır?

Əvvəlcə sobanızı 10 dəqiqə isidin.  Yapışan çirklər və yağlar yumşalacaq. Sonra sobanın 20 dəqiqə soyumasını gözləyin və  kağız dəsmalla silin. Üzərinə  yağ çıxarıcı sıxıb 5-10 dəqiqə gözləyin. 

İsti sabunlu su ilə nəmləndirilmiş mikrofiber bezdən istifadə edərək  bütün yağı və çirki silin. Sonda kağız dəsmal ilə qurulayın. Sobanızı qısa müddətdə tərtəmiz edə bilərsiniz.

FƏRQLİ ÜSULLAR

Mütəxəssislərin təklif etdiyi digər üsulların arasında qabyuyan maşın həbi, sabun tozu, soba təmizləyici, qazlı su, karbonat-soda və ağ sirkədən istifadə də  var. 

SOBA NİMÇƏSİNDƏKİ LƏKƏLƏR

Soba nimçəsində yanıq, ya da inadçı ləkələr varsa  içərisinə bir az isti su tökün. Sonra  qabyuyan maşın həbini qoyub bir gecə islanması üçün gözləyin. Ertəsi gün bütün ləkələrin getdiyini  görəcəksiniz.

Vüsalə Əlövsətqızı, TurpKimi.com