Bəzən ən çox sevdiyiniz paltarı yağ ləkəsi düşdüyünə görə geyinə bilmirsiz.
TurpKimi.com yağ ləkəsini aparmağın asan yolunu təqdim edir:
Limon Mesopotamiyaya ilk dəfə gəldiyindən bəri süfrələrin baş tacı olmaqla yanaşı, antiseptik maddə kimi yaralarda da istifadə edilirdi. Hətta məişətdə insanların əlindən tutdu.
Tərkibində olan vitamin və minerallarla zəngin olan limon eyni zamanda yüksək miqdarda sitrik turşusu ehtiva edir. Bu turşu da yağ ləkələrinin düşmənidir. Çox sevdiyiniz geyimə, süfrəyə və ya kresloya yağ ləkəsi düşübsə üstünə limon sıxın.
Bu üsul iki şəkildə tətbiq oluna bilər. Birincisi; əşyanıza yağ ləkəsi düşən zaman dərhal ləkəli bölgəyə bol miqdarda limon suyu sıxdıqdan sonra bir dilim limonu ləkəli hissəyə qoyun və gözləyin. İkinci üsul isə bir çox yuyucu toz, ya da ləkə çıxarıcıdan istifadə etməyinizə baxmayaraq, heç cür çıxmayan yağ ləkəsini 1 və ya 2 gecə limon suyunda saxlamaqla apara bilərsiz. Limon suyunda qalarkən parça üzərindən ləkə getdikcə yoxa çıxacaq.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Dərc olunub: 05-12-2019