Yağış yağacaq, şimşək çaxacaq


Yaz ilk gündən özünü göstərəcək.

yagis-yagacaq-simsek-caxacaq
20.03.2025 22:55 1 dəq oxuma

Bakıda və Abşeron yarımadasında martın 21-də hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən   verilən məlumata əsasən arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 9-13° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Ölkə ərazisində martın 21-də qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

TurpKimi.com