Yağışın psixikaya mənfi təsiri məlum olub


Daha çox havadan asılı olan insanlara aiddir...

yagisin-psixikaya-menfi-tesiri-melum-olub
06.07.2025 20:28 1 dəq oxuma

Yağış insanın psixo-emosional vəziyyətinə mənfi təsir göstərərək, süstlük, əsəbilik və depressiyaya səbəb ola bilər.

TurpKimi.com xəbər verir ki, bunu biotexnoloq Mariya Zolotareva RT-yə bildirib.

Onun sözlərinə görə, bu, uzun müddət günəşin olmaması səbəbindən D vitamini və serotonin istehsalının azalması ilə bağlıdır.

"Havadan asılı olan insanlar bu cür dəyişikliklərə xüsusilə həssasdırlar, onlar atmosfer təzyiqinin dəyişməsi səbəbindən baş ağrıları və qan təzyiqinin yüksəlməsi ilə qarşılaşa bilərlər”, - Zolotareva aydınlıq gətirib.

O, həmçinin əlavə edib ki, yağışlar, xüsusən də uzun müddətli yağışlar patogen mikroorqanizmlərin çoxalması üçün əla şərait yaradır. Onların arasında kif və maya göbələkləri, həmçinin çürümüş bakteriyalar olur.

Firuzə Alimova / TURPKİMİ.COM