Yağışlı havanın dadını çıxardan, yağış sevməyənlərin belə zövq alacağı siyahı hazırladıq.
Yağışın hər fəsildə öz gözəlliyi var. Əsasən yayda yağan yağış bürkülü havanı sərinlədir və insana xüsusi rahatlıq gətirir.
Yay yağışının bilinən xüsusiyyətlərindən bəziləri isə yorğunluğu götürmək, insanın ruhunu dincəltmək və hətta saçları gücləndirmək, dəmir əskikliyinə yaxşı təsir etmək sayılır.
Payızda da yağışın öz gözəlliyi var. Ağaclardan bir-bir tökülən yarpaqların üzərinə düşən yağışın xüsusi qoxusu olur.
Yağışın dadını çıxartmaqdan zövq alanlarla işimiz yoxdur. Çünki onlar özlərinə məxsus şəkildə bu ab-havanı yaşayırlar.
TurpKimi.com yağışı sevməyənlər üçün kiçik bir siyahı hazırlayıb.
Yürüşə çıxmaq
Yağışlı havanın ən gözəl tərəfi yağışın hər damlasını duyaraq onun altında islana-islana gəzməkdir. Soyuq havalarda isə xüsusi plaşlardan istifadə etmək mütləqdir. Ruhunuzun dincəldiyini hiss edəcəksiz.
Qəhvə və ya çay
Yağışlı havada içinizi isidəcək bir çay dəmləyin və pəncərəyə dəyən yağış damlalarının səsini bütün vücudunuzla duymağa çalışın. Çaydan qurtumlayaraq bu gözəlliyin dadını çıxardın.
Film izləyin
İzləmədiyiniz filmləri izləyə bilərsiniz. Yağışlı havada filmlər insanlara başqa cür təsir edir. İsti evinizdə divanda uzanıb sevdiyiniz filmi izləməklə həyatdan zövq alacaqsız.
Kitab oxuyun
Kitabqurdular üçün yağışlı hava xüsusi şans yaradır. Bütün əyləncələrdən uzaq qalaraq, təbiət də buna imkan yaratmışkən, pəncərənin önündə oturub sevdiyiniz kitabı oxuyaraq anın dadını çıxarda bilərsiniz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com