Evinizin, ofisinizin yanmamağını istəyirsinizsə, bunlara diqqət edin.
Evdə, ofisdə elektrik yuvalarının çoxluğu can rahatcılığıdır, amma diqqətli olmaq şərtilə.
TurpKimi.com xəbər verir ki, statistikaya görə evdə yanğın ən çox qış aylarında baş verir.
Elektrik yuvalarında və uzatma kabellərdə baş verən kiçik bir nasazlıq qısaqapanmaya və razetkaların əriməsinə qədər gətirib çıxardır. Vaxtında müdaxilə etmədikdə isə evdə yanğın baş verir.
Evinizdə elektron cihaz çoxdursa, bir o qədər də rahatlıq var deməkdir. Amma bu cihazların necə istifadə edildiyini yaxşı bilməlisiniz. Əks təqdirdə həyat xilas etmək əvəzinə, həyatınızı təhlükəyə ata bilərsiz.
Qış aylarında çoxumuz kiçik elektrikli qızdırıcılar istifadə edirik. Diqqət etmədikdə isə böyük təhlükələr yaranır.
The Umatila County Fire District şirkəti qışda qızdırıcılardan istifadə edərkən ehtiyatlı olmağı məsləhət görür.
Yanğının qarşısını almaq üçün evinizdəki elektrik alətlərinin enerji gücünə diqqət etmək lazımdır. Bəziləri çox risklidir.
Ona görə də elektrik alətinin gücü ilə onu daşıya biləcək elektrik yuvasının gücünü qarşılaşdırın. Məsələn, əgər qızdırıcının gücü 240 voltdursa, onu taxdığınız elektrik yuvası və ya uzatma kabeli buna tab gətirəcək gücə malik olmalıdır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com