Qazanın dibindəki yanmış yağları təmizləmək gözünüzə durub?
TurpKimi.com asan variantı təqdim edir:
Qazan, tava və nimçələrin yanmış yağlardan təmizlənməsi bir az daha çətindir. Xüsusilə yüksək temperaturda uzun müddət qaldıqları üçün yağları təmizləmək çətinləşir. Bunun üçün də qadınlar sərt kimyəvi maddələr ehtiva edən təmizləyici vasitələrdən istifadə edərlər. Amma təbii vasitələrlə hazırlanmış, sağlamlıq üçün heç bir zərəri olmayan qarışıq da hazırlamaq mümkündür.
Ehtiyacınız olan ləvazimatlar:
1/2 su stəkanı qabartma tozu
1 və ya 2 xörək qaşığı hidrogen peroksid (oksigenli su-pereks)
Süngər
Necə tətbiq olunur?
Qabartma tozu və hidrogen peroksidi kiçik bir kasa içində qarışdırın. Qarışıq krem şanti forması alanadək qarışdırın.
Alınmırsa içinə bir miqdar da hidrogen peroksid əlavə edə bilərsiniz.
Yanmış yağ ləkələri olan qazan, tava və ya nimçənin üzərinə bu qarışığı yaxşıca yayın. Hidrogen peroksid möcüzəvi şəkildə yağ ləkələrini aparacaq. Xüsusilə metallar üzərində təbii ləkə çıxarıcıdır.
Daha sonra təmizləmək istədiyiniz qazan, tava və ya nimçəni süngər ilə sürtün. Bütün yağ ləkələri yox olana qədər sürtün.
Sonra yuyun və durulayın. Qazan, tava və ya nimçənizdə qara yağ ləkələrinin qalmadığını və tərtəmiz olduğunu görəcəksiniz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com