Yanvar ayında doğulan əkiz və üçəmlərin statistikası açıqlandı


Bu il yanvar ayında 290 əkiz, 9 üçəm doğulub.

yanvar-ayinda-dogulan-ekiz-ve-ucemlerin-statistikasi-aciqlandi
14.03.2022 18:16 1 dəq oxuma

Bu il yanvar ayında Azərbaycanda doğulan əkiz və üçəmlərin sayı açıqlanıb.

Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 10197 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici 12,0 təşkil edib. Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Körpələrdən 290-ı əkiz, 9-u isə üçəm doğulanlardır.

TurpKimi.com