Yanvarın 14-nə olan hava haqda


Sabah Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir.

yanvarin-14-ne-olan-hava-haqda-1
13.01.2024 19:44 2 dəq oxuma

Sabah Bakıya və bölgələrə qar yağacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər duman olacaq. Arabir güclənən şimal-şərq küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 0°-yə yaxın, axşam 1°-dək şaxta olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi rayonlarda arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü səhərdən 14-ü axşamadək arabir yağıntılı olacağı, yağışla başlayan prosesin sulu qara və bəzi ərazilərdə qara keçəcəyi gözlənilir.

 14-ü gecə və səhər ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Şimal-qərb küləyi 13-ü səhərdən 14-dək 15-20 m/s, arabir 23-28 m/s, 13-ü səhər və gündüz isə yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.

Qeyd edilib ki, yanvarın 13-də temperaturun anomal gedişi gözlənilir, belə ki, 12-dən 13-nə keçən gecə və səhər 4°-yə yaxın isti olacağı, lakin günün ikinci yarısından başlayaraq temperaturun 5-8°aşağı enərək,13-də axşam saatlarında 0°-yə yaxın olacağı gözlənilir. 14-15-i gecə saatlarında 0-3° şaxta, gündüz 0-3° isti olacaq.

Güclü küləkli və yağıntılı hava şəraitində yarana biləcək çovğunla əlaqədar yollarda görünüşün məhdudlaşacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında yanvarın 14-15-də gecə və səhər saatlarında bəzi ərzilərdə yolların buz bağlama ehtimalı var.

TurpKimi.com