Yanvarın 6-na olan hava haqda məlumat


Bakıda və Abşeron yarımadasında yanvarın 6-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

yanvarin-6-na-olan-hava-haqda-melumat
05.01.2022 15:30 1 dəq oxuma

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti, Bakıda gecə 4-6° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçünəsasən əlverişlidir.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcəkz. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

TurpKimi.com