Yanvarın 8-nə olan hava haqda


Azərbaycanda yanvarın 8-də gözlənilən hava proqnozu açıqlanıb.

yanvarin-8-ne-olan-hava-haqda
07.01.2022 13:23 1 dəq oxuma

Milli Hidrometeorologiya Xidmətindən TurpKimi.com-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.  Gecə və səhər duman. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək.  Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 8-də Abşeron yarımadasında  atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında  

Əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin axşam bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  2° şaxtadan 3°-dək isti, gündüz  9-14°  isti, dağlarda gecə 2-7° şaxta, gündüz  5-10° isti olacaq. 

TurpKimi.com