Araşdırmanın şok effekti yaradan tərəfi var.
Bütün dünyaya dəhşət kimi yayılan koronavirus üzərində araşdırmalar davam etməkdədir.
TurpKimi.com xəbər verir ki, Yaponiyanın paylaşdığı araşdırmanın görüntüləri hər kəsi təəccübləndirib.
Belə ki, Tokionun Aoyama Gakuin Universitetinin alimləri koronavirusun danışarkən necə yayıldığını duman və lazer sistemiylə görüntüləyiblər.
Görüntülərin şok effekti yaradan tərəfi ondan ibarətdir ki, çox yaxın məsafədən danışılarkən virusun yayılmağa başladığı, maskanın belə bunun qarşısını ala bilmədiyi ifadə edilib. Araşdırma vasitəsiylə maska ilə yanaşı uzaq məsafə saxlamağın da vacib olduğu insanların diqqətinə çatdırılıb.
Qeyd edək ki, bu vaxta qədər Yaponiyada 426 min insan koronavirusa yoluxub, 7541 insan isə dünyasını dəyişib.
TurpKimi.com araşdırmanın görüntülərini təqdim edir:
Firuzə Alimova / TurpKimi.com