Yaponiyada uşaqları atom bombasının təsirindən qoruyan - BİLDİRÇİN YUMURTASI haqqında


Bildirçin yumurtası necə yeyilməlidir?

yaponiyada-usaqlari-atom-bombasinin-tesirinden-qoruyan
17.05.2022 00:05 2 dəq oxuma

"Bəlkə də çoxumuzun heç dadına baxmadığımız bildirçin yumurtası 1001 dərdin dərmanıdır. Deməli, Yaponiyada atom bombası atılan zaman hansı uşaq gün ərzində 2-3 ədəd bildirçin yumurtası yemişdirsə, bombanın zərərlərini daha az görmüş və əqli inkişafına görə yaşıdlarından daha yaxşı inkişaf etmişdir".

TurpKimi.com bildirir ki, bunu həkim-fitoterapevt Fizuli Hüseynov bildirçin yumurtası haqqında feysbukda yazdığı məlumatda qeyd edib. 

"Bildirçin yumurtasının tərkibində toyuq yumurtasından 5 dəfə artıq fosfor, 8 dəfə çox dəmir, 9 dəfə çox zülal, 15 dəfə artıq B1 vitamini var. Bildirçin yumurtası uşaqların zəkasını inkişaf etdirir, iştahanı yaxşılaşdırır, vitaminsizlikdə, mineral çatışmazlığında faydalıdır, immuniteti qüvvətləndirir. Tərkibində likopen adında antioksidant olduğundan xərçəng önləyici təsiri vardır. Gec danışan, görmə zəifliyindən əziyyət çəkən, tez-tez xəstələnən uşaqlar üçün əvəzolunmaz bir qidadır. Allergiyadan əziyyət çəkən uşaqlar üçün də çox faydalıdır.

Qabıqlarını da istifadə edin, belə ki, qabıqlar azca qaynadılıb, sonra üyüdülür, uşaqların yeməklərinə qarışdırıldıqda kalsium çatışmazlığını aradan qaldırır. Uşaqlar gündə bir dəfə 1 ədəd yumurtanı suda qaynadılmış halda yeyə bilərlər və ya yumurta sındırılır, ağı sarısından ayrılır, ağı bişirilib yeyilir, sarısı isə südə qarışdırılaraq içilir.

Bildirçin yumurtası cinsi istəyi artırır. Yumurtanı sındırın, ağı ilə sarısını bir-birinə qarışdırın, saçlarınıza çəkin, yarım saatdan sonra şampun vurmadan yuyun. Saçları həm yumşaq, həm də parlaq edir, kəpəklənməni götürür.

Bildirçin əti ürəyin, qaraciyərin, ağciyərin, böyrəyin, mədənin müalicəsində böyük əhəmiyyətə malikdir".

Firuzə Alimova / TurpKimi.com