Yaponlar yemək yeyərkən su içmirlər - Səbəbini biləndə siz də elə edəcəksiz


Yemək zamanı su içməyin orqanizmə qazandırdığı 5 problem 

yaponlar-yemek-yeyerken-su-icmirler
19.03.2021 14:58 3 dəq oxuma

Yaponiyada insanlar yemək yeyərkən su içmir! Bəli, səhv oxumadınız. Avropada bir restorana getdikdə içində buz və limon olan böyük bir stəkan su istəyə bilərsiniz,  ancaq Yaponiya üçün bu  mümkün deyil.

TurpKimi.com xəbər verir ki,  yaponlar suyun həzm sistemlərinə təsir edərək qidanın həzm edilməsini çətinləşdirdiyini düşünürlər. Onlara görə kifayət qədər su içmək ümumi sağlamlığınız üçün çox faydalı olsa da, yeməklə birlikdə 1 stəkan su içmək faydadan çox zərər verə bilər. 

Yaxşı, dünyanın ən sağlam və uzun yaşayan insanları olan yaponlar bunu niyə edir? 

1. Ağız quruluğu yaradar 

Qulağa qəribə gəlsə də yeməklə birlikdə 1 stəkan su içmək tüpürcəyinizi  quruda bilər. Bəzi insanlar sularına bir dilim limon əlavə etməyi sevərlər, bu da ona turş dad verər. Yemək arası su içmək də  tüpürcək ifrazatına mənfi təsir edir.
Nəticədə ağız quruluğu, ağız qoxusu da daxil olmaq üzrə bəzi narahat edici hallar yarana bilər. Limonlu su  reflüks kimi problemləri də pisləşdirə bilər və dişlərinizin minasına zərər verə bilər. 

Xatırladaq ki, reflüks – mədə və bəzi hallarda mədəaltı vəz şirəsi və öd qarışığından ibarət onikibarmaq bağırsaq möhtəviyyatının qida borusuna geriyə atılması nəticəsində döş sümüyü arxasında hiss edilən yanma (qıcqırma) hissidir.

2. Həzmi çətinləşdirir

Yemək yeyərkən  su içdikdə tüpürcək azalır.  Bu da qidaların həzm edilməsini təmin edən mədə fermentlərinin ifraz olunmasına təsir edir. Nəticədə mədəniz qidanı parçalamaq üçün daha zəif siqnallar alır və şişkinliyə yol açır.

3.Qidaların sorulmasını  yavaşladır 

Yemək zamanı su içmək mədənizin təbii turşu səviyyəsinə təsir edər. Bu da həzm sisteminizə mənfi təsir edərək bədəninizin daha az vitamin və qida əmməsinə səbəb olar.

4.Mədənin turşumasına səbəb olar 

Yeməklərlə birlikdə su içmək mədəni genişlədir və eynilə çox yemək yemisiniz kimi mədəniz üzərindəki təzyiqi artırar. Bu da sağlamlığınıza pis təsir edib reflüks riskini artıra bilər.

Yemək əsnasında su içmək bədəninizin daha az həzm fermenti ifraz etməsinə səbəb olduğundan mədə turşuması daxil olmaq üzrə bir çox zəncirvari problemə yol aça bilər.

5.Çəkinizin artmasına və kökəlməyə səbəb ola bilər

Yemək yeyərkən su içmək də çox çəki almanıza səbəb ola bilər. Necə? Bədəniniz yeməkləri kifayət qədər həzm edə bilmədiyində onu yağa çevirərək daha çox çəki almağa  gətirib çıxarar.

Bundan əlavə  yeməklə birlikdə su içmək bədəninizin daha çox insulin ifraz etməsinə səbəb olar və  yağ yığma riskini artıra bilər.

Yeməkdə su içməkdən necə xilas olmaq olar?

TurpKimi.com bəzi bəzi ipuclar təqdim edir: 

Daha az duz istehlak edin 

Duz insanı susatdığı  üçün daha az duz ehtiva edən yeməkləri seçin və yeməklərinizə çox duz atmaqdan qaçın.

Qidanı  yaxşı çeynəmək üçün vaxt  ayırın 

Yaxşı çeynənmiş  yeməklər mədənizin həzmi üçün daha asandır və çeynəyərkən orqanizm daha çox tüpürcək ifraz etdiyi  üçün su içmək istəyiniz azalar.

Yeməkdən 30 dəqiqə əvvəl su üçün 

Yeməkdən yarım saat əvvəl su içmək ən təsirli yollardan biridir. Həm də özünüzü daha tox hiss edərsiz, beləcə yeməkdə daha az kalori ala bilərsiniz. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com