Yaraşıqlı adamın immuniteti daha güclü ola bilər


Könüllülər üzərində aparılmış araşdırma...

yarasiqli-adamin-immuniteti-daha-guclu-ola-biler
13.05.2022 18:11 1 dəq oxuma

Zahirən gözəl adamların immuniteti daha güclü ola bilər. ABŞ-ın Texas Xristian Universiteti alimlərinin apardığı təqdiqat bunu deməyə əsas verir.

TurpKimi.com Novator.az-a istinadla xəbər verir ki, alimlər tədqiqat zamanaı makiyajsız və üzündə neytral ifadə olan 152 gənc qadın və kişinin fotoşəklini çəkiblər. Sonra alimlər 492 könüllüdən şəkillərdəki insanlardan hansının daha cazibədar olduğunu söyləməyi xahiş ediblər.

Ən cazibədar adam kimi qiymətləndirilən adamlarda faqositoz səviyyəsinin daha yüksək olduğu üzə çxııb.

Faqositoz – ağ qan hüceyrələrinin bakteriyaları bədənə zərər verməyə macal tapmadan məhv etməsi prosesidir.

Eyni zamanda tədqiqata cəlb olunmuş qadın könüllülərin cazibədar hesab etdikləri kişilərin orqanizmində virusa yoluxmuş hüceyrələri məhv edən NK-hüceyrələrin (“Natural killer” hüceyrələr) daha yüksək həddə olduğu aşakarlanıb.

Alimlər qeyd edirlər ki, zahiri gözəllik uzun müddət həm də sağlamlıq əlaməti sayılıb. Ona görə tarixən əks cinslər nəsli artırmaq üçün daha yaraşıqlı tərəf-müqabil seçməyə meyillənib. Amma müasir tibb sayəsində infeksiyalar əvvəlki kimi ölümcül hesab olunmur və indi insanların seçim meyarını dəyişərək yaraşıqlı olmayanlara da şans verməyə başlaması təbii, həm də yaxşı haldır.

Yazılıb: 21.02.2022-ci ildə...

TurpKimi.com