Yaşlanma əleyhinə lifting effektli təbii krem - Özünüz hazırlayın – VİDEO


Bir həftəyə nəticə verən təbii vasitə...

yaslanma-eleyhine-lifting-effektli-tebii-krem
06.05.2022 00:44 1 dəq oxuma

Yaşlanma əleyhinə liftinq effektli krem dərini dartır, gözlərin və dodaqların  ətrafında, həmçinin boyun nahiyyəsində yaşlanmanın ilkin göstəriciləri ilə mübarizə aparır.

TurpKimi.com evdə hər kəsin hazırlaya biləcəyi təbii tərkibli kremin reseptini təqdim edir:

Bunun üçün bizə 1 çay qaşığı kartof nişastası lazımdır. Kartof nişastası dərinin dartılmasına və məsamələrin sıxlaşmasına kömək edir, dərinin tündləşmiş yerlərini ağardır. Üzərinə 3 xörək qaşığı süd əlavə edilib yaxşıca qarışdırılır. Süd isə qırışların və piqmentlərin yaranmasının qarşısını alır, dərini parlaq edir. Daha sonra qarışımı az istilikdə qazın üzərində qarışdırın. Krem halına gələnə kimi qarışdırmağa davam edin. Soyuduqdan sonra qarışımın üzərinə 1 çay qaşığı gənəgərçək yağı və 7 damcı vitamin E əlavə edib qarışdırın.

Krem hazır olandan sonra təmiz dəriyə - üz, əl, boyun, hətta gözlərin altına da 2 dəqiqə olmaqla masaj hərəkətləri ilə çəkmək olar. Kremi gün ərzində və ya gecələr çəkib, 30 dəqiqə saxladıqdan sonra yumaq lazımdır. Yuduqdan sonra nəmləndirici krem sürtün. Hər gecə yatmazdan əvvəl kremdən davamlı istifadə edin. Hazırladığınızın kremin yerdə qalanını 1 həftə soyuducuda saxlamaq olar.

İstədiyiniz nəticəni alana kimi kremdən davamlı istifadə edin. Amma qeyd edək ki, ilk həftədə qırışların və üzdəki qara ləkələrin yox olduğunu müşahidə edəcəksiniz.

Firuzə Alimova / TurpKimi.com