Qırmızı və bənövşəyi tonlarındakı qidalar yalnız rəngləri ilə deyil, sağlamlıq üzərindəki güclü təsirlərilə də diqqət çəkir.
Tərkibində olan polifenollar, vitaminlər, minerallar və antioksidantlar yaşlanmağı gecikdirir və hüceyrələrin zədələnməsinə maneə törədir. Bu qidaların nizamlı istehlakı, sağlam bədən və gənc görünüş üçün olduqca əhəmiyyətlidir.
Qırmızı və bənövşəyi qidalarda bol miqdarda olan antioksidantlar, bədəni sərbəst radikalların zərərlərindən qoruyaraq yaşlanma müddətini yavaşladır.
Oksidatif stressin tətiklədiyi xəstəliklər, xərçəngdən Alzheimerə qədər bir çox ciddi sağlamlıq probleminə yol aça bilər. Bu qidaların antioksidant gücü bədənin bu cür xəstəliklərə qarşı müdafiə etmə mexanizmlərini gücləndirir və ümumi sağlamlığı yaxşılaşdırır.
Antosiyanin piqmenti immuniteti gücləndirir
Antosiyanin qırmızı və bənövşəyi qidaların təmin etdiyi ən güclü faydalardan biridir. Qarağat, nar, bənövşəyi üzüm, böyürtkən kimi qidalar bu antioksidantlar baxımından zəngindir. İmmunitet sistemini gücləndirir, iltihablanma prosesinə mane olur və beyin hüceyrələrini qoruyaraq Alzheimer kimi nevroloji xəstəliklərin riskini azaldır. Xərçənglə mübarizə edən bu qidalar şiş hüceyrələrinin böyüməsini yavaşlatmaqda da təsirlidir.
Sağlam həzm və çəkiyə nəzarət
Qırmızı və bənövşəyi rəngli tərəvəz və meyvələr sağlam bağırsaq mikroflorasını dəstəkləyir və həzm sistemini nizamlayır. Yüksək su və lif tərkibi ilə tox tutaraq həddindən artıq yemə istəyini öldürür və çəki atmağa kömək edir. Aşağı kalorili olmaları sağlam diyetin əsas hissəsi ola bilər.
Dəri və göz sağlamlığı üçün möcüzəvi təsir göstərir
Dərinin elastikliyini qoruyan və yaşlanma əlamətlərini önləyən C vitamini baxımından zəngin olan bu qidalar göz sağlamlığını da dəstəkləyir. Katarakt kimi göz xəstəliklərinə qarşı qoruyur.
Vüsalə Əlövsətqızı, TurpKimi.com