Yaşlanmamaq üçün bu qidaları istehlak edin!  - Kollagen istehsalını dəstəkləyir


İnsan nə yeyirsə odur. Bu həqiqətən belədir. Yediyimiz bütün qidalar orqanizmə, davranışa, psixologiyaya, fiziologiyaya birbaşa təsir edir.

yaslanmamaq-ucun-bu-qidalari-istehlak-edin
12.01.2023 22:22 2 dəq oxuma

Vitamin və antioksidantlar baxımından zəngin yeməklər yemək yerinə, davamlı olaraq işlənmiş qidalar, şəkər, yağ nisbəti yüksək və lif nisbəti aşağı qidalar yeyirsinizsə,  dəri problemlərindən də əziyyət çəkə bilərsiniz. 
Qida ilə erkən yaşlanmağın da qarşısını almaq mümkündür.  Sadəcə olaraq hansı qidaları istehlak etməli olduğunuzu bilmək kifayətdir. 

TurpKimi.com  dəri sağlamlığı üçün faydalı olan qidalar haqda məlumat verəcək. Super qidalar antioksidant baxımından da çox zəngindir. Bu qidalar dəri səthini yaxşılaşdırır və orqanizmi dərini gücləndirmək üçün faydalı olan yağ turşuları və digər yeniləyici komponentlərlə təmin edir. 

Sağlam qidalanmaq ən çox  sevdiyiniz yeməklərdən qaçınmaq demək deyil. Rasionunuza qidalılıq baxımından dəyərli,  sağlam və super yeməklər daxil etmək mükəmməl bir dəriyə qovuşmanıza dəstək olar. Qida dəyəri yüksək yeməklər yediyinizdə dəriniz daha çox parlayar. Dəriyə yaxşı təsir edən və kollagen istehsalını dəstəkləyən qidaların adını bu yazıda öyrənəcəksiz.  

AVOKADO

Avokado dərini nəmləndirmə xüsusiyyətinə malikdir. Dəriyə dolğunluq qazandırar. Dəridə qırışıqları  və incə xətlərin görünüşünü azaldar.

Avokado yağı dəri baryerini gücləndirərək dərinin zədələnməsinə  mane olar. Avokado yağı E vitamini baxımından da çox zəngindir. Dəriyə təbii parlaqlıq qazandırar. Nizamlı  olaraq avokado istehlak edərək möhtəşəm bir dəriyə sahib ola bilərsiniz.

ÇUĞUNDUR

A vitamini, kalium, natrium, kalsium, maqnezium və E vitamini baxımından zəngin olan çuğundur dəri üçün çox faydalıdır.

Bu antioksidantlar dərini cavan saxlayar və dərini qocaldan sərbəst radikallardan qoruyar. Çuğundur istehlak edərək dərinizin gənc qalmasını təmin edə bilərsiniz.

QOZ

Qoz möcüzəvi  sink qaynağıdır. Sink dərinizi qoruyar, qidalandırar və gəncləşdirər. 
Qoz yüksək E vitamini və omeqa-3 yağ turşusu baxımından çox zəngindir. 

TÜND ŞOKOLAD

Tünd şokold dəridə qan dövranını sürətləndirir və tərkibində olan  flavonidlər dərini nəmləndirir və günəşin mənfi təsirindən qoruyur. 

YAŞIL ÇAY

Nizamlı olaraq yaşıl çay istehlak etmək dərinizin görünüşünü əhəmiyyətli dərəcədə yaxşılaşdırar.
Yaşıl çay güclü antioksidant qaynağıdır və iltihabəleyhinə təsiri var, sərbəst radikallarla mübarizə apararaq qırışların qarşısını alır və dəri elastikliyini artırır. 

ÇİA TOXUMU

Çia toxumları dərinin təməlini gücləndirir. Zəngin omeqa-3 yağ turşularını içərisində saxlayan çia toxumları dərini qidalandırır və bərpa edir. Hər səhər istehlak edilən çia toxumu sağlam  dəri üçün faydalıdır və kollagen istehsalına dəstək olur. 

QARAGİLƏ

Qaragilə güclü antioksidantdır, iltihabəleyhinə güclü mübarizə aparır. Dərini xarici təsirlərdən qoruyur  və dərinin erkən yaşlanma əlamətlərini azaldır.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

30-11-2022