Dietoloq həkimin məsləhəti...
Yaşlı insanlar mütləq yaşıl çay içməlidir. Yaşıl çayda olan antioksidantlar bədəndən toksinləri çıxarmağa kömək edir.
Bunu rusiyalı dietoloq Anjelika Dyuval deyib.
“Düzgün dəmlənmiş yaşıl çay artıq mayenin və yığılmış zərərli maddələrin çıxarılmasına kömək edir. İçkinin müntəzəm istehlakı da damarların vəziyyətinə faydalı təsir göstərir. Yaşıl çay beyin fəaliyyətini stimullaşdırır və orqanizmdə qocalma prosesini ləngidir. Həm də ürək-damar sistemini gücləndirir”, - həkim bildirib.
Mütəxəssis yüksək keyfiyyətli çay növlərinə üstünlük verməyi tövsiyə edir, paket yaşıl çay dəmləmək isə qəti olmaz.
Axar.az / TurpKimi.com